Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin avqustun 26-sı saat 10:00-a olan məlumatına əsasən, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Əsasən dağlıq və dağətəyi rayonlarda intensiv və güclü olub.

Xidmətdən Tezadlar.az-a verilən məlumata görə, düşən yağıntının miqdarı Lənkəranda 49, Astarada 34, Lerikdə 31, Yardımlıda 22, Şəkidə 18, Şamaxıda 17, Balakəndə 13, Ağstafa, Tovuz, Qax, Göygöl, Qrız, Qobustan, Zaqatala, Quba, Göyçay, Qusar, Gəncə, Şahdağ, Mingəçevir, Yevlax, Qəbələ, Xaltan, İsmayıllı, Daşkəsən, Şəmkir, Beyləqan, Altıağac, Sədərək, Gədəbəy, Naftalan, Ceyrançöl, Ağdam, Oğuz, Şabran, İmişli, Sabirabad, Cəfərxan, Neftçala, Göytəpə, Biləsuvarda 10, Bakıda və Abşeron yarımadasında 2 millimetrədək olub.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti avqustun 27-si səhərədək davam edəcək. Avqustun 27-si gündüz və 28-də ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarında bəzi dağlıq rayonlarda qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN