South China Morning Post (SCMP) xəbər verir ki, evli çinli qadın pul və toy hədiyyələri almaq üçün başqa kişilərlə evlənib.
Tsyansu əyalətindən olan Çjou soyadlı 35 yaşlı qadın ərindən gizli olaraq başqa kişilərlə görüşməyə başlayanda qanuni nikahda olub və bir qız övladını böyüdürmüş. Qadının əri ondan sevgi romanlarına görə şübhələnmirmiş, çünki o, nadir hallarda evdə olurmuş. Çinli qadın Luo, Çjan və Syuy Çjou soyadlı sevgililəri ilə iş yerində və internetdə tanış olub. Qadın həmin kişilərlə bir neçə ay görüşüb və bundan sonra onunla evlənmələrini istəyib.
Çjou nikahı rəsmi qeydiyyatdan keçirməmək üçün kişilərin hər birinə yalan danışıb ki, evin sökülməsinə görə dövlətdən təzminat almaq üçün subay qalmalıdır. Lakin o, bəylərə pul və hədiyyə almaq üçün qeyri-rəsmi toy mərasimi keçirməyi təklif edib. Qadın toyda qohumlarını və dostlarını təmsil etmək üçün aktyorlar dəvət edib. Ümumilikdə o, kişiləri bu yolla 660 min yuan (qeyd edək ki, 660 000 min yuan təxminən 154782.04 AZN edir) pulunu xərcləyib.
Qeyd olunur ki, zərərçəkənlərdən heç biri digərlərinin varlığından şübhələnməyib. Çjou kişilərdən biri ilə birlikdə olarkən, digər ikisinə işlədiyi şirkətdə təhsil almaq üçün getdiyini söyləyirmiş. Daha sonra o, Çjan adlı kişiyə ondan əkiz uşaq gözlədiyi barədə yalan da danışıb. Çjou başqa bir şəhərdəki valideynlərinin evində dünyaya uşaq gətirməyini planlaşdırdığını söyləyir və kişiyə hamilə olduğunu təsdiqləyən saxta test nəticələri göndərib.
Çjan əmin idi ki, sevgilisi əkiz uşaq anası olacaq. Qadının uşaqları dünyaya gətirdiyi iddia edilən zaman o, anası ilə birlikdə "arvadı"nı və "uşağ"ını görmək üçün xəstəxanaya gəlib. Çjou həkim rolunu oynamaq üçün yenidən aktyor tapıb. “Həkim” Çjanın suallarına cavab verə bilməyib və bundan sonra Çjan şübhələnib. O, araşdırma aparıb, Çjounun evli olduğunu öyrənərək polisə müraciət edib.
Bundan sonra qadın həbs edilib. Ona qarşı dələduzluq maddəsi ilə cinayət işi açılıb. Beyni "kreativ ideylarla" dolu olan qadını, ən azı 10 il həbs cəzası gözləyir. Tezliklə onun qanuni əri də Çjounun hərəkətlərindən xəbər tutaraq qadından boşanmaq qərarına gəlib.
Beləliklə, üç sadəlövh gec də olsa ayılıblar...
JASMİN