Qazaxıstan Respublikasında gələn ildən ehtiyatda olan zabitlər də hərbi xidmətə çağırılacaq.

 Bu barədə  ölkənini “Açıq hüquqi şəxslər” portalında yerləşdirilmiş hökumətin qərar layihəsində deyilir.

Sənədə əsasən, xidmətə yararlı, lakin onu başa vurmamış ehtiyatda olan zabitlər 24 ay müddətinə zabit vəzifələrinə çağırılacaqlar.

Məqsəd və vəzifələr bölməsində bildirilir ki, 2024-cü ildə hərbi xidmətə çağırış Qazaxıstan Respublikası Silahlı Qüvvələrinə, Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinə, Fövqəladə Hallar Nazirliyinə və Milli Qvardiyaya ehtiyatda olan zabitlərin işə qəbulu üçün həyata keçiriləcək.

Paraqraf Telegram kanalının məlumatına görə, ümumilikdə 752 ehtiyatda olan zabitin hərbi xidmətə çağırılması planlaşdırılır.

Bunlardan 600 nəfərin Silahlı Qüvvələrə, 80 zabitin Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinə, 42 nəfərin Milli Qvardiyaya, 30 nəfərin isə Fövqəladə Hallar Nazirliyinə hərbi xidmətə çağırılması planlaşdırılır.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN