Bu il də körfəz  ölkələrindən gələn turistlərin sayı azalmağa doğru gedib...

***

 2023-cü ilin ilk 10 ayında Azərbaycanı ziyarət edən turistlərin sayındakı dinamika saxlanılaraq Avropadan gələnlərin sayındakı artım davam edib.

 Bu barədə Milli Məclisin deputatı, iqtisadçı-ekspert  Vüqar Bayramov bildirib.

  O diqqətə çatdırıb ki, ziyarətçilər sırasında ən çox artım 3 Asiya ölkəsindən olub, ərəb dövlətlərindən gələnlərin sayı isə azalıb.

 “Belə ki, həmin dövrdə ölkəmizə gələn tursitlərin sayı 30.3 faiz artasa da Avropalı ziyarətçilərin sayında artım 41.9 faiz olub. Həmin müddətdə 1 milyon 723 min xarici Azərbaycana səfər edib. Bu arada körfəz ölkələrindən gələnlərin sayında azalma davam edib. 2023-cü ilin ilk 10 ayında Ərəb dövlətlərindən Azərbaycana gələnlərin sayı 7.4 faiz azalıb.

Ən çox artım 3 Asiya ölkəsinin payına düşür: Çindən gələnlərin sayı 7,3 dəfə, Cənubi Koreyadan 3,5 dəfə, Türkmənistandan 2,7 dəfə artıb. MDB ölkələrindən gələnlərin sayı da 49,6 faiz artaraq 692,6 min nəfərə çatıb”, - deyə Vüqar Bayramov qeyd edib.

 İqtisadçı turizmin ölkəyə ən çox valyuta gətirən sektor olduğunu diqqətə çatdıraraq  bu sahədə Avropa və Cənubi-Şərqi Asiya ölkələri ilə əməkdaşlığın daha da yaxşılaşdırılmasının vacibliyini bildirib.

  “Turizm enerji sektorundan sonra ölkəyə ən çox valyuta gətirən sektordur. Pandemiyadan əvvəlki il- 2019-cu ildə ölkəyə 3 milyondan çox turist gəlmişdi və əcnəbilər həmin il Azərbaycanda 2.6 milyard dollara yaxın vəsait xərcləmişdilər. Bu baxımdan gələn turistlərin ölkə mənşəyinin yeniləşməsi, xüsusən də Avropa və Cənubi-Şərqi Asiyada yerləşən dövlətlər ilə bu sahədə əməkdaşlığın gücləndirilməsi vacibdir. Turizm sektorunda xərclərin azaldılması və xidmət keyfiyyətinin artırılması da olduqca əhəmiyyətlidir. Bu turizm gəlirlərində dayanıqlığı artıra bilər”, - deyə o vurğulayıb.

 Qeyd edək ki, deputat Vüqar Bayramov ölkədə turizmə diqqət göstərilməsi məsələlərini daima gündəmdə saxlayır və bu sahənin inkişaf etdirilməsi üçün xidmətin keyfiyyətinin yüksəldilməsi, xərclərin azaldılması barədə  təkliflər verir, əlaqədar qurumlara, sahibkarlara... xatırlatmalar edir. Lakin təəssüflər ölsun ki, ölkəmizin bu sahədə nə qədər imkanlarının olmasına baxmayaraq, hələ də geri qalırıq və hətta qonşu Gürcüstana belə çata bilmirik..

Xatırladaq ki, 2023-cü ilin yanvar-avqust aylarında Azərbaycan 1,3 milyondan çox səyahətçi qəbul edib.

Lakin Gürcüstanın Milli Turizm Administrasiyasının məlumatına görə, 2023-cü ilin yanvar-iyun aylarında (7 ayda) ölkə beynəlxalq səyahətlərdən (turizmdən) 1 804 529 935 dollar gəlir əldə edib.  Bu isə 2022-ci illə müqayisədə 661 999 720 ABŞ dolları (57,9%) artım demekdir.

Y.Məmmədli

 

 

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN