Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın Baş naziri Kiriakos Miçotakisin dəvəti və Türkiyə-Yunanıstan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının V Toplantısı münasibətilə bu gün Yunanıstana rəsmi səfər edəcək.

TEZADLAR.AZ xəbər veriri ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumatda bildirilib (trt).
Məlumata əsasən, Afinada prezident Rəcəb Tayyib Ərdoğan və Yunanıstanın Baş naziri Kiriakos Miçotakisin sədrliyi və əlaqədar nazirlərin iştirakı ilə keçiriləcək Şura iclasında Türkiyə-Yunanıstan münasibətlərinin bütün aspektləri nəzərdən keçiriləcək və iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi imkanları müzakirə olunacaq.
Görüşlər zamanı ikitərəfli münasibətlər, eləcə də cari regional və qlobal hadisələr ətrafında fikir mübadiləsi aparılacağı gözlənilir.
Səfər çərçivəsində ikitərəfli münasibətlərin hüquqi infrastrukturunun gücləndirilməsinə yönəlmiş müxtəlif saziş və anlaşmaların imzalanması da planlaşdırılır.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN