“Kazakh Tili” beynəlxalq cəmiyyətinin rəhbəri Rauan Kenjexan-ın Facebook səhifəsində yaydığı məlumata görə, Qazaxıstan Respublikasının dövlət başçısı Kasım Jomart Tokayev öz şəxsi vəsaitindən qazax dilini dəstəkləyən QAZAQ TILI Endowment Qory fonduna ödədiyi məbləğ 7 milyon təngə (təqribən 26 min manat) təşkil edib (kazpravda.kz).
Beləliklə, yeni yaradılmış fondun fəaliyyətinin dəstəklənməsində prezidentin şəxsən iştirakı dövlət dilinin inkişafı və statusunun möhkəmləndirilməsi məsələsinə ölkə rəhbərliyinin xüsusi münasibətindən xəbər verir. Bu, çox müsbət tendensiyadır və digər hökumət nümayəndələri üçün nümunədir.
Endaument – bu, qeyri-kommersiya məqsədləri üçün, əsasən təhsil, tibb, mədəniyyət və elm sahələrində çalışan təşkilatların maliyyələşdirilməsi üçün nəzərdə tutulmuş ianə kapitalıdır.
Bu fond oxşar prinsiplə işləyir. Onun vəzifəsi dövlət dilinin dəstəklənməsi və inkişafı ilə məşğul olan ən böyük ictimai təşkilat olan “Qazax dili” cəmiyyətinin davamlı və uzunmüddətli inkişafını təmin etməkdir.
Xatırladaq ki, xüsusi fondun yaradılmasını Qazaxıstan Prezidenti bu il oktyabrın 12-də “Kazak Tili” cəmiyyətinin rəhbəri ilə görüşü zamanı təsdiqləyib.
Prezident Tokayev “Kazax Tili” Cəmiyyətinə qazax dilində kütləvi informasiya vasitələrinin və çap materiallarının genişləndirilməsini əhatə edən bir sıra konkret layihə və tədbirlər, dilin tədrisi və öyrənilməsi metodlarının inkişafı, oxu savadının və yazı mədəniyyətinin inkişafı, eləcə də qazax dili istifadəçilərinin icmalarını dəstəkləmək və genişləndirmək üçün müasir texnoloji həllərin geniş tətbiqini həyata keçirməyi tapşırıb. Fondun resursları xüsusi olaraq bu problemlərin həllinə yönəldiləcək.
Endaument fondunun özəlliyi ondan ibarətdir ki, fonda köçürülən vəsaitlər xərclənmir: mövcud vəsaitlər qiymətli kağızların və aktivlərin alınmasına, investisiya gəlirləri isə məqsədyönlü layihələrin dəstəklənməsinə yönəldilir.
Belə ki, həmin fondunun gəlirləri “Qazax dili” beynəlxalq cəmiyyətinin fəaliyyətinin təmin edilməsinə və dövlət dilinin tətbiq dairəsinin genişləndirilməsinə, müasirləşdirilməsinə və daha da inkişafına yönəlmiş layihələrin həyata keçirilməsinə qrant şəklində istifadə olunacaq.
Y.Məmmədli