Tbilisi Beynəlxalq Hava Limanı sıx duman səbəbindən Bakı, Moskva, İstanbul və İrəvandan uçuş reyslərini qəbul edə bilməyib.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə Tbilisi və Batumidəki aeroportlara sahiblik edən "TAV Georgia" şirkətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, "Azerbaijan Airlines" aviaşirkətinin Bakı-Tbilisi reysini həyata keçirən təyyarələri sıx dumanla əlaqədar olaraq Tbilisi aeroportunda eniş edə bilməyib və Bakıya qayıdıb. Həmçinin, İrəvan-Tbilisi və Tehran-Tbilisi reysi həyata keçirən təyyarələr də geri qayıtmalı olub. İstanbul-Tbilisi reysini həyata keçirən təyyarənin isə Türkiyənin Trabzon şəhərində eniş etdiyi qeyd olunub.
trend