Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ və Böyük Britaniyanın Yəmənə endirdiyi hava zərbələri ilə bağlı “Onlar Qırmızı dənizi qan gölünə çevirmək istəyirlər” deyib.

 TEZADLAR. AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulda cümə namazından sonra jurnalistlərə açıqlamasında R.T.Ərdoğan ABŞ və İngiltərənin Yəmənə endirdiyi hava zərbələrinə toxunaraq deyib: “Bütün bunlar qeyri-mütənasib güc tətbiqidir. İsrail də Fələstindəki bu qeyri-mütənasib qüvvədən eyni şəkildə istifadə edir. İran özünü necə qoruya biləcəyinə baxır. İngiltərə bu prosesdə həmişə Amerika ilə bərabər addım atıb və atmaqdadır. Qırmızı dənizi qan gölünə çevirmək həvəsindədirlər. Yəmən husilərlə bütün qüvvələrini işə salaraq, istər ABŞ, istər İngiltərə olsun, onlara lazımi cavabı verəcəyini bildirir. Bu məsələdə zərrə qədər arxayınlığa yer yoxdur”.

  Türkiyə prezidenti Cənubi Afrika Respublikasının İsrailə qarşı “Qəzzada Fələstin xalqına soyqırım törətdiyi” əsası ilə Haaqa Beynəlxalq Ədalət Məhkəməsində açdığı mühakiməyə də münasibət bildirib: “Məhkəmənin yaxşı nəticə ilə bitəcəyinə inanırıq. İsrail özünü müdafiə etməyə başlayıb. Amma verdiyimiz bütün sənədlər, əsasən də vizual sənədlərlə İsrail hökuməti məhkum olacaq. Beynəlxalq Ədalət Məhkəməsinin ədalətinə inanırıq. Özünü nə qədər müdafiə etməyə çalışsa da, fakt odur ki, İsrail ayın 7-dən Fələstinə qarşı bölgəni qan gölünə çevirib, hava həbsxanası yaradıb, hücumları ilə 22-23 min fələstinlini şəhid edib.

  İsrail prezidenti İshaq Herzoqu son vaxtlar baş naziri Binyamin Netanyahunu təqlid edir və çox fərqli açıqlamalar verməyə başlayıb. Rəcəb Tayyib Ərdoğana şifahi hücum etməklə heç nə qazanmayacaqlar. Çünki onlar Ərdoğanı şifahi hücumlarla məğlub edə bilməzlər. Çünki biz haqqın izindəyik. Biz məzlumların yanındayıq. Zülm edənlər layiq olduqlarını alacaqlar. Məzlumlar deyil, həmişə zalımlar uduzublar”.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN