Ötən il Türkiyənin ixracatının dəyər baxımından ən çox artdığı ölkə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) olub.
Türkiyə İxracatçılar Məclisinin (TİM) məlumatına görə, ötən il Türkiyənin ixracatının dəyər baxımından ən çox artdığı ölkələr sırasında BƏƏ 2 milyard 269 milyon dollarla liderlik edib.
BƏƏ-ni 1 milyard 776 milyon dollarla Rusiya Federasiyası, 1 milyard 325 milyon dollarla Səudiyyə Ərəbistanı, 889 milyon dollarla Fransa, 606 milyon dollarla Əlcəzair izləyib.
2023-cü ildə Türkiyə Rusiya Federasiyasına 9 milyard 424 milyon dollar, Səudiyyə Ərəbistanına 2 milyard 274 milyon dollar, Fransaya 9 milyard 736 milyon dollar, Əlcəzairə 2 milyard 518 milyon dollar dəyərində ixrac reallaşdırıb.
Ötən il BƏƏ 5 milyard 915 milyon dollarla Türkiyənin ən çox ixrac etdiyi 11-ci ölkə olub.
Türkiyənin 2023-cü ildə ən çox ixrac etdiyi ölkələr 2023-cü ildə 18 milyard 462 milyon dollarla Almaniya, 12 milyard 197 milyon dollarla ABŞ, 11 milyard 444 milyon dollarla Böyük Britaniya, 11 milyard 200 milyon dollarla İtaliya, 9 milyard 755 milyon dollarla İraq olub.
BƏƏ-yə 3 milyard 205 milyon dollarla ən çox ixracatı zərgərlik sənayesi edib.
Ölkəyə 263 milyon dollarlıq kimyəvi maddələr və məhsullar sektoru, 222 milyon dollarlıq taxıl, paxlalı bitkilər, yağlı bitkilər və onlardan hazırlanan məhsullar, 215 milyon dollarlıq elektrik və elektronika, 190 milyon dollarlıq su məhsulları və heyvan mənşəli məhsullar satılıb.