Qazaxıstan Respublikasının  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi pensiyaların məbləğini açıqlayıb.

TEZADLAR.AZ kazpravda-ya istinadən xəbər verir ki, qurumun mətbuat xidmətinin məlumatına görə, 2024-cü il yanvarın 1-nə orta ümumi pensiya 120 744 tenge (təqribən 456.66 manat), o cümlədən birgə pensiya 82 868 tenge (təqribən 313.41 manat), baza pensiyası 37 876 tenge (143.25 manat) təşkil edib.

2024-cü il yanvarın 1-nə Qazaxıstanda pensiyaçıların sayı 2 milyon 344 min nəfər olub.

“2024-2026-cı illər üçün respublika büdcəsi haqqında” qanuna əsasən, birgə (həmrəylik) pensiyaların məbləği 2024-cü il yanvarın 1-dən 9 faiz artırılıb. Dövlət baza pensiya ödənişinin məbləği yaşayış minimumunun artması, o cümlədən minimum məbləğin 60 faizdən 65 faizə, maksimumun isə 100 faizdən 105 faizədək artırılması hesabına artırılıb. Beləliklə, 2024-cü il yanvarın 1-dən ümumi pensiyanın minimum məbləği 77 417 tengedən (2023-cü ildə) 86 068 təngəyə artırılıb”, - qurumun mətbuat xidməti bildirib.

Xatırladaq ki, Qazaxıstanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2023-cü il iyunun 1-nə olan məlumatına əsasən, Qazaxıstan Respublikasında  pensiyaçıların sayı 2 milyon 299 min nəfər təşkil edirdi (2024-cü il yanvarın 1-ə olan məlumata görə, artıq say artıb).

2023-cü il iyunun 1-nə olan məlumatda bildirilirdi ki, Qazaxıstanda ümumi pensiyanın orta məbləği 120 743 tenge (təqribən 456.66 manat), o cümlədən birgə (həmrəylik) pensiyasının ölçüsü - 82 881 tenge (təqribən 313.46 manat), baza pensiyası - 37 862 tenge (təqribən 143.20 manat) təşkil edib.

Qeyd edək ki, 2023-cü ildə Azərbaycanda ölkə üzrə orta aylıq pensiya 435 manat təşkil edib.

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 1 fevral 2023-cü il tarixli Qanununa əsasən, əmək pensiyasının minimum məbləği 2023-cü il fevralın 1-dən 280 manat məbləğində müəyyən olunub.

Pensiyaların bu il də - fevral ayından artım faizilə veriləcəyi gözənilir. Belə ki, Azərbaycanda mövcud qanunvericiliyə əsasən, pensiyalar hər il yanvar ayında əvvəlki ildə orta aylıq əmək haqqında artım faizinə uyğun olaraq indeksasiya olunaraq artırılır.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN