Ermənilər sakitləşmir – etirazçılar Ermənistanın Baş naziri Nikol Paşinyanın istefaya getməsini tələb edir. Dəstəkçiləri isə arxiyepiskop Qalastanyandır...
Keşişdən ilhamlanan etirazçı kütlə Ermənistan hökumət başçısının istefası tələbi ilə İrəvanın küçələrini bağlamağa başlayıblar. Şəhər hakimiyyəti polis nəzarətini gücləndirib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının nümayəndələri də göndərilib.
Qeyd edək ki, erməni Apostol Kilsəsinin Tavuş Yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyanın başçılıq etdiyi aksiya iştirakçıları polisə qarşı müqavimət göstərib.
Ermənistan KİV-in məlumatına görə, artıq saxlanılanların sayı 150 nəfəri keçib.
Etirazçıların əsas qüvvəsi isə revanşist kütlədən təşkil olunub.
Xatırladaq ki, Ermənistanda etirazlar aprelin 19-da Yerevan və Bakının delimitasiyaya başlamağa razılaşdığı məlum olduqdan sonra başlayıb.
Erməni revanşistlər Ermənistanla Azərbaycan arasında sərhəd dirəklərinin quraşdırılmasına, Tovuzun işğal altında olan bir neçə kəndinin Azərbaycana qaytarılmasına, ümumilikdə sülh prosesinə əngəl olmağa cəhd edirlər.
Hansı ki, bütün bunlar Ermənistana da, ermənilərə də yaxşı heç nə vəd etmir...
JASMİN