Qırğızıstan Respublikasının paytaxt meri tabeliyində olanlara həftənin iki günü işə maşın sürməyi qadağan edib.

***

Meriya işçilərinə və bələdiyyədə xidmət edənlərə çərşənbə axşamı və cümə axşamı şəxsi avtomobillərdən istifadə etmək qadağan edilib. Müvafiq sənədi Bişkek meri Aybek Cunuşəliyev imzalayıb. 

TEZADLAR.AZ xəbər verir ki, bələdiyyədən 24.kg-a məlumatı təsdiqləyiblər.

Sənədə əsasən, paytaxt meriyasının mərkəzi aparatının, idarə və ərazi bölmələrinin, bələdiyyə müəssisə və idarələrinin əməkdaşları və rəhbərləri:

hər həftənin çərşənbə axşamı və cümə axşamı günləri şəhərdə hərəkət etmək üçün yalnız ictimai nəqliyyatdan istifadə etməlidir;

ictimai nəqliyyatda səyahət edərkən sürücünün sanitar normalara, xidmət keyfiyyətinə və ödəniş üsullarına əməl etməsinə nəzarət etməlidir;

şirkət avtomobillərindən yalnız iş üçün istifadə edilməlidir;

şəhər meriyasının (icra hakimiyyətinin - red) nəqliyyat və avtomobil nəqliyyatı infrastrukturunun inkişafı departamenti kənarda keçiriləcək iclaslar üçün nəqliyyat təşkil etməli.

Və Bişkek meriyasının idarə və ərazi idarələrinin, bələdiyyə müəssisə və idarələrinin rəhbərləri hər ayın 25-dək görülən işlərə dair hesabat da təqdim etməlidirlər.

JASMİN

P.S. Belə bir addımı Bakıdakı dövlət qurumları da atarsa, həm paytaxtımızın ekoloji vəziyyətinə, həm də nəqliyyatın sıxlığının azalmasına müsbət təsir etmiş olar. Hər halda ümid edirik: ayda bir gündən də başlamaq olar...

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN