İyunun 11-dən Şengen vizasının qiyməti böyüklər üçün 90 avroya, uşaqlar üçün isə 45 avroya qədər artacaq.

Tezadlar.az xəbər verir ki, bu barədə Finlandiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Avropa Komissiyası 2024-cü il mayın 22-də Şengen vizasının qiymətini 11 iyun 2024-cü il tarixindən artırmaq qərarına gəlib, - bəyanatda deyilir.

Artım bütün dünyada tətbiq olunacaq. Aİ-nin Viza Məcəlləsinə uyğun olaraq, Komissiya hər üç ildən bir viza rüsumunun məbləğinə yenidən baxılması ehtiyacını qiymətləndirir. Komissiya öz qiymətləndirməsində Eurostat tərəfindən dərc olunan ümumi İttifaq üzrə inflyasiya səviyyəsi və orta çəkili əmək haqqı kimi obyektiv meyarları nəzərə alır.

Xarici İşlər Nazirliyinin məlumatına görə, yeni Şengen vizasının qiyməti böyüklər üçün 90 avro, uşaqlar üçün isə 45 avro təşkil edir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN