Növbəti görüşümüzdə iştirak etmək istəyən vətəndaşlarımız deputat köməkçisi Eltun Agakishiyev ilə əlaqə saxlamaqla öncədən qeydiyyatdan keçə bilərlər.
TEZADLAR.AZ xəbər verir ki, bunu Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov sosial media hesabında bildirib.
O, diqqətə çatdırıb ki, bu dəfəki görüş Bakı şəhərində qəbul üçün müraciət edən sakinlər ilə keçirilib.
Onun sözlərinə görə, görüş zamanı uyğun dövlət qurumları ilə əlaqə saxlanılıb və rəsmi şəkildə deputat sorğuları göndərməyi planlaşdırırlar.
"Görüş zamanı vətəndaşlarımızın qayğılarını dinlədik və bəzi müraciətlərlə bağlı qərarlar qəbul etdik. Vətəndaşlarımızın müraciətləri təhsil, məşğulluq, mənzil təminatı, səhiyyə xidməti, sosial təminat və digər mövzuda idi. Bəzi müraciətlər ilə bağlı görüş zamanı uyğun dövlət qurumları ilə əlaqə saxladıq. Digər müraciətlər ilə bağlı rəsmi deputat sorğuları göndərməyi planlaşdırırıq.