Növbəti görüşümüz Füzuli rayon Horadiz şəhərində qəbul üçün müraciət edən sakinlərimiz ilə oldu. TEZADLAR.AZ xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov sosial media hesabında məlumat verib.
O qeyd edib ki, görüş zamanı seçicilərinin qayğılarını dinləyib və bəzi müraciətlərlə bağlı qərarlar qəbul ediblər.
"Həmyerlilərimizin müraciətləri mənzil təminatı, məşğulluq, ev təmiri, əlillik dərəcəsinin alınması, səhiyyə xidməti, sosial təminat və digər mövzuda idi. Uyğun dövlət qurumlarının dəstəyinə ehtiyac olan məsələlər ilə bağlı rəsmi deputat sorğuları göndərməyi planlaşdırırıq.
Horadiz şəhərində təşkil olunacaq növbəti görüşümüzdə iştirak etmək istəyən həmyerlilərimiz deputat köməkçisi Eltun Agakishiyev (0502268002) ilə əlaqə saxlamaqla öncədən qeydiyyatdan keçə bilərlər", - deyə Vüqar Bayramov bildirib.
Qeyd edək ki, Vüqar Bayramov 1975-ci il 13 iyun tarixində Füzuli rayonu Aşağı Güzlək kəndində doğulub.
Vüqar Bayramov 2020-ci il 9 fevral tarixində keçirilən növbədənkənar parlament seçkilərində 84 saylı Füzuli seçki dairəsindən VI çağırış Milli Məclisin deputatı seçilib. Vüqar Bayramov MM-də İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin üzvüdür.
Y.Məmmədli