Aprelin 25-də Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının və 194 saylı tam orta məktəbin birgə layihəsi əsasında müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilən “Heydər Əliyev: 1923-∞” adlı fləşmob keçirilib.

Tezadlar.az xəbər verir ki, məktəblilər “Sən elə bir zirvəsən ki…” musiqisinin sədaları altında dahi şəxsiyyətə həsr olunan şeirləri səsləndirib, Ulu Öndərin Azərbaycanın bu günü və gələcəyi üçün yaratdığı möhkəm təməlin yol açdığı uğurların xronologiyası təqdim edilib.

Fləşmobun adında əksini tapan sonsuzluq işarəsi özündə bütün məqamları ehtiva edir. Nə qədər ki Azərbaycan var, Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaq. Dahi şəxsiyyətin özünün də qeyd etdiyi kimi, “Nə qədər ki Azərbaycan var mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!”

Ulu Öndər Heydər Əliyev Azərbaycanda müstəqil dövlətçiliyi yaradan və yaşadan şəxsiyyətdir. Tarixdə adı dövlətçiliyin simvoluna çevrilən və onunla qoşa çəkilən çox az siyasi liderə rast gəlmək olar. Müstəqil dövlətimizin ən yeni tarixi məhz dahi Liderin – Heydər Əliyevin adı ilə bağlıdır. Fenomen şəxsiyyət Heydər Əliyevin yaratdığı milli dövlətçilik tarixin bizə bəxş etdiyi milli sərvətdir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.

Açıq havada keçirilən fləşmob Ulu Öndərin misilsiz xidmətlərinin təqdimatında öz sözünü dedi. Dahi şəxsiyyətin ideyaları Azərbaycanın dünəninin, bugününün və gələcəyinin əsasıdır. Məktəblilər Ümummilli Liderin ölkəmizin hərtərəfli inkişafında əhəmiyyətli rol oynayan tezislərini, çağırışlarını səsləndirməklə bir daha bildirdilər ki, Ulu Öndərin yaratdığı müasir müstəqil Azərbaycan bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalibiyyətə imza atdı. Güclü, qüdrətli, qalib Azərbaycan hər birimizin qürur mənbəyidir.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN