Rusiyanın müdafiə naziri Sergey Şoyqu Moskvaya gələn İran, Suriya və Türkiyənin hərbi idarələrinin rəhbərləri Məhəmməd Rza Aştiani, Əli Mahmud Abbas və Hulusi Akarla regional təhlükəsizlik məsələlərini müzakirə edib.

Tezadlar.az bildirir ki, bu barədə çərşənbə axşamı jurnalistlərə Rusiya Federasiyasının Müdafiə Nazirliyindən məlumat verilib.

"Aprelin 25-də Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu Moskvaya gələn İran İslam Respublikası, Suriya Ərəb Respublikası və Türkiyə Respublikasının hərbi idarələrinin rəhbərləri ilə bir sıra ikitərəfli danışıqlar aparıb. Görüşlər zamanı ikitərəfli əməkdaşlığın aktual məsələləri, eləcə də qlobal və regional təhlükəsizliyin təmin edilməsinin müxtəlif aspektləri müzakirə edilib", - deyə nazirlikdən bildirilib.

Tərəflər həmçinin Xüsusi İnzibati Rayonlarda (XİR) təhlükəsizliyin gücləndirilməsi və terrorizmlə mübarizə məsələlərini müzakirə ediblər.

"Aprelin 25-də Moskvada Rusiya Federasiyası, İran İslam Respublikası, Suriya Ərəb Respublikası və Türkiyə Respublikasının müdafiə nazirləri arasında dördtərəfli danışıqlar keçirilib. Görüş zamanı Suriya Ərəb Respublikasında təhlükəsizliyin möhkəmləndirilməsi və Suriya-Türkiyə münasibətlərinin normallaşdırılması sahəsində praktiki addımlar müzakirə edilib", - nazirlik bildirib.

Onlar qeyd ediblər ki, danışıqlar zamanı terror təhlükələrinə qarşı mübarizə və Suriyada bütün ekstremist qruplarla mübarizəyə xüsusi diqqət yetirilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN