Türkiyənin müxtəlif bölgələrindəki güclü meşə yanğınları ilə mübarizəni dəstəkləmək məqsədilə Rusiyada yaşayan azərbaycanlı gənclər qardaş ölkəyə humanitar yardım göndəriblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, meşə yanğınlarından zərərçəkmişlərin ilkin ehtiyaclarını (ərzaq, paltar və dərman) təmin etmək məqsədilə "Sankt-Peterburq Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti" ictimai təşkilatı nəzdindəki Azərbaycan Gəncləri Birliyinin (AGB) təşkilatçılığı ilə xeyriyyə marafonu təşkil edilib. Rusiyada yaşayan minlərlə həmvətənimizin marafona yaxından qoşulması nəticəsində 363 min rubl ianə toplanıb.

Antalyaya səfər edən AGB sədri Elman Manafov və müavini Fərid Əsgərov Türk Kızılay təşkilatının bu şəhərdəki rəhbərliyi ilə görüşüb və toplanmış maddi yardımı təqdim ediblər.

Manavqat bələdiyyəsinin sədri Şükrü Sözen humanitar yardıma görə Elman Manafovun və Fərid Əsgərovun şəxsində Rusiyada yaşayan gənclərimizə minnətdarlığını bildirib. Türkiyənin bu çətin günlərində Azərbaycanın və dünyada yaşayan azərbaycanlıların böyük dəstəyindən danışan bələdiyyə sədri deyib ki, Türkiyə xalqı heç zaman bu qardaşlıq yardımını unutmayacaq.

ELBAR

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN