booked.netbooked.net booked.net  

Xəzər Universitetinin rektoru İradə xanım Xəlilova "Təzadlar" qəzetinin 30 yaşının tamam olması münasibəti ilə redaksiyaya təbrik məktubu göndərib...

Təbrik məktubunda deyilir: 

"Təzadlar" qəzetinin baş redaktoru Asif Mərziliyə

Hörmətli Asif müəllim!

Azərbaycan mediasında özünəməxsus yeri olan gündəlik ictimai-siyasi “Təzadlar” qəzetinin ilk nömrəsinin çapdan çıxmasının 30 illiyi münasibətilə siz başda olmaqla kollektivi səmimi-qəlbdən təbrik edir, mühüm və məsuliyyətli işinizdə uğurlar arzulayırıq.

“Təzadlar” qəzeti fəaliyyətə başladığı gündən Azərbaycanın və dünyanın ictimai-siyasi həyatında baş verən hadisə və yeniliklərə müstəqil və obyektiv mövqe nümayiş etdirməklə öz ətrafına geniş oxucu kütləsi toplaya bilmiş və sonrakı illərdə də onların etimadını doğrultmuş, hazırda da bu səmərəli fəaliyyətini davam etdirməkdədir. Oxucularının şəxsi, yaxud ictimai məzmunlu müraciətlərinə dərhal münasibət bildirib, həllinə nail olmaqla qəzet onların rəğbətini qazanmışdır.

Beynəlxalq aləmdə baş verən ən müxtəlif və ziddiyyətli məqamlarda Azərbaycanın mənafeyini dönmədən müdafiə edən “Təzadlar” qəzeti dövlətçilik və ümumxalq işinə töhfələrini verməkdədir.

“Təzadlar” qəzeti Azərbaycanın çox geniş və müxtəlif səviyyəli media aləmində öz peşəkarlığı ilə də seçilən azsaylı kütləvi informasiya vasitələrindən biridir və bu mövqeyində həmkarlarına da irad bildirən yazıların dərc olunması təqdirə layiqdir.

Hörmətli Asif müəllim!

“Təzadlar”ın yubileyi münasibətilə kollektivi bir daha təbrik edir, bundan sonrakı fəaliyyətinzdə də müvəffəqiyyətlər arzulayırıq.

Hörmətlə,

İradə Xəlilova

Rektor

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN