...Qarqar çayı mənbəyini Kiçik Qafqaz dağlarından alaraq sonda Ağdam ərazisindən keçib gedir...

Çayın ağdamın 10 yaxın kəndindən keçdiyini bilənlər bilir. Ermənistanın 30 illik işğalı dövründə suyuna və selinə həsrət qaldığımız Qarqar çayı indi də bəzi ekodüşmənlərimizin zülmünə və işğəncələrinə məruz qalıb. Bu günlərdı çayın keçdiyi ərazilərin birinə-Ergi qəsəbəsi ərazisinə baş çəkməli olduq. Gördüyümüz mənzərə bizi məyyus etdi... Qarqar çayının hər iki sahili Ağcabədi Pambıq Emalı Zavodunun, həmçinin ərazidə əkdiyi soğanını çürüdüb sata bilməyən fermerlərin... zibil poliqonuna çeviriblər. İnanırıq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ərazi idarəsi bu zibillərin müəlliflərini tapacaq və gediş-gəlişli bir körpünün ətraflnda, insanların gözü qarşısında acı mənzərəyə çevrilmiş bu halın aradan qaldırılması, günahkar və baiskarların "əl işi" nin ləğvinə nail olacaq. Çünki nazirliyin ölkədə ekoloji salamatçılıq istiqamətində həyata keçirdiyi işlərin yanında bu uyğunsuzluq və təzadlı görünür. 

Vətəndaşlara və həmin zibil poliqonunu yaradanlara isə sözümüz budur ki, ekologiyanı-təbiəti qorumaq gələcəyimizi qorumaqdır!

A.Məmmədli

fe73af18-7962-424f-9357-108baa98b400

8ed8807b-d3c5-43b8-8e27-2620ce580e47

2e559546-f467-433f-98d1-1ea9b3aea94f

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN