«TezadlarTV»nin növbəti buraxılışında kəşfiyyatçı Vüqar və Vüsal Məmmədzadə qardaşlarının döyüş yolundan bəhs ediləcək…

…Bu günlərdə yolumuz Beyləqan rayonuna düşmüşdü… Ağcabədi-Beyləqan magistral yolu ilə rayon mərkəzinə daxil olanda yolun sağ hissəsində yüzlərlə şəhid portretləri bizi qarşılayır. Ayaq saxlayıb şəhidlərin ruhunu bir dəqiqəlik sükütla yad edib rayonun Kəbirli kəndində yaşayan Vüqar və Vüsal Məmmədzadə qardaşqları ilə görüşə yola düşürük.

Onu da xatırladaq ki, Beyləqan 2020-ci ilin 44 günlük Vətən savaşında ən çox şəhid verən rayonlardandır. Niyə bu qədər? Bu suala cavabı elə rayonun Kəbirli kəndində rastımıza çıxan şəhid portretlərinin birinin yanında dayanmış kənd məktəbinin sabiq direktoru Ramiz Məmmədovdan öyrəndik… Məlum oldu ki, kəndin yaxınlığında yerləşən təmas xəttindəki hərbi hissədə- bu ətrafdakı kəndlərdən olan vətənpərvər gənclər hərbi xidmətindən sonra elə buradaca yenidən  qulluğa qəbul olunublar. Müharibə başlayanda da bu təcrübəli hərbçilər ön cəbhədə döyüşüblər və müharibənin ilk günlərində qəhrəmancasına şəhid olublar. Məsələ ondadır ki, döyüşün ilk günlərində düşmənin minalanmış ərazilərini, istehkamlarını yarıb keçmək lazım idi və bu iş də beyləqanlı bu igid hərbçilərimizin canı və qanı bahasına baş vermişdir.

v-5

…Vüqar və Vüsal Məmmədzadə qardaşları da xidmətdən artıq hərbi qulluqçu olublar. Hər ikisi kəşfiyyatçı qrupunda döyüşüblər. Döyüş yolları ayrı-ayrı ərazilərdən keçsə də, onlar da düşmənə ağır zərbə vuraraq torpaqlarımızdan qovulması üçün canlarından keçməyə hazır olublar…

Tezliklə daha ətraflı videomüsahibəni təqdim edəcəyik.

Hələlik onu deyək ki, Vüsal Məmmədzadə müharibə günlərində ağır yaralansa da, onu hərbi hospitala yerləşdiriblər. Lakin o, iki dəfə hospitaldan xəlvətcə qaçıb döyüşə yollanmaq və Şuşaya qədər getmək istəyib. Amma komandirləri buna imkan verməmişlər. Bununla belə, o, Şuşaya yazdığı bir məktubu döyüş yoldaşlarına vermiş və xahiş etmişdir ki, məktubu Şuşaya daxil olanda onun adından qışqıraraq oxusunlar: «Əziz Şuşa, mən sənə çata bilmədim, haqqını halal elə, mən tezliklə səninlə olacam!».

Vüsalın bu arzusunu isə bir neçə gün sonra döyüş yoldaşları yerninə yetirmiş, Şuşaya Azərbaycan bayrağını sancaraq həmin məktubu bərkdən oxuyaraq «Şuşa» lövhəsinin yanındakı kola sancmışlar…

 Digər qardaş Vüqar Məmmədzadə isə hazırda da xidmətdədir, kəşfiyyatçıdır, döyüşçüdür… Onun düşmən arxasına keçərək nələr etdiyini, Xankəndinə qədər necə ağır döyüş yolu keçdiyini isə videomüsahibəsində dinləyə və baxa biləcəksiniz.

Sonda: Vüqar Məmmədzadə təxminən ayyarım əvvəl Laçın istiqamətində keçirilən uğurlu və tarixi, şanlı döyüş əməliyyatındakı xidmətlərinə görə, Azərbaycan Müdafiə Nazirliyi Baş Qərərgahının rəisi, nazirin 1-ci müavini, general-polkovnik Kərim Vəliyevin sərəncamı ilə Fəxri fərmanla təltif olunub.

Hər iki qardaş çoxsaylı medallarla, Fəxri fərman və mükafatlarla təltif olunublar…

Asif MƏRZİLİ

(Bakı-Beyləqan-Bakı)

vuqar-15

v-1

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN