İctimai narahatlıqla müşaiyyət olunan və Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Baş nazir Əli Əsədovun sərəncamı ilə yaradılmış komissiya artıq rayondadır...

Tezadlar.az Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadla bildirir ki, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev komissiyanın sədri təyin edilib. Komissiyanın tərkibinə səhiyyə nazirinin müavini, fövqəladə hallar nazirinin müavini, kənd təsərrüfatı nazirinin müavini, Nazirlər Kabineti Aparatının Sənaye və energetika şöbəsinin müdiri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi və Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı daxildir. Komissiyaya tapşırılıb ki, "...Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlər aparılsın və mövcud vəziyyət qiymətləndirilsin, sakinlərin sağlamlığının və ətraf mühitin qorunması sahəsində vətəndaşların müraciətlərinin araşdırılması təmin edilsin".

 Ötən gün polis əməkdaşları Gədəbəy rayonunun Söyüdlü kənd sakinlərinin etiraz aksiyasını dağıtmaq üçün xüsusi vasitələrdən istifadə ediblər. Kənd sakinləri Gədəbəy yatağında filiz qızılının çıxarılması və emalı müəssisəsinin tullantı suları üçün süni su anbarının yaradılmasına etiraz ediblər. Yerli sakinlərin sözlərinə görə, qarşıdurma zamanı 10-a yaxın insan xəsarət alıb. Beş etirazçı inzibati qaydada həbs edilib, digər etirazçı isə cərimələnib. 

*** 

Təbii ki, məsələnin bu dərəcədə qloballaşması olmaya da bilərdi. Sadəcə, bəzi dövlət qurumları vaxtında mübahisəli gölə baxış keçirə, dağlıq ərazidəki ekosistemi doğru qiymətləndirə bilərdi. Amma qiymətləndirməyiblər, laqeyd yanaşıblar. Amma yerli əhali laqeyd qalmadı... Nəticədə məlum olaylar baş verdi.

İndi hamı anlayır ki, yanğını söndürmək onun qarşısını almaqdan yüz dəfə çətindir! Ən pisi: indi hamı kül ilə oynayır, od yaddan çıxıb...

A.Məmmədli

gedebey-3

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN