Nəhayət, Prezident İlham Əliyevin müdaxiləsindən sonra Söyüdlüdə qızıl yatağının istismarı müvəqqəti dayandırılacaq.

Tezadlar.az xatırladır ki, cəlb edilmiş beynəlxalq şirkət mədənin ətraf mühitə təsirini də qiymətləndirəcək. Bu barədə dünən hökumət komissiyasının rəhbəri, ekologiya naziri Muxtar Babayev bildirib. Sitat: "Gədəbəy rayonunun Söyüdlü kəndində havada çirkləndirici maddələrim yüksək səviyyədə olması ilə bağlı narahatlıq vardı. Lakin komissiyanın fəaliyyətinin ilk günündə aparılan araşdırmalar göstərdi ki, çirkləndirici maddələrin səviyyəsi normadan artıq deyil", - Babayev deyib.

Onun sözlərinə görə, yerli sakinlər arasında tibbi müayinələr aparılıb. "Müayinədən imtina edənlər oldu. Xəstəxana şəraitində müayinə edilənlər oldu. Səhiyyə Nazirliyinin məlumatına görə, sağlamlıq baxımından sakinlərin orqanizminə ciddi təsir yoxdur", - Babayev bildirib.

Bundan əlavə, nazirin sözlərinə görə, Söyüdlüdə xəstəlik səviyyəsi Gədəbəy rayonu üzrə orta statistik göstəricidən aşağıdır. "Bu isə o deməkdir ki, xəstəlik halları müəssisədən atılan tullantılarla əlaqəli deyil", - nazir qeyd edib.

Onun sözlərinə görə, ölçmələrin aparıldığı 86 nöqtədə radiasiya fonu üzrə  zəhərli maddələrə və digər parametrlərə görə göstəricilərin normal olduğu aşkar edilib.  Eyni zamanda, Babayev etiraf edib ki, çayların yaxınlığında zəhərli tullantıların toplanması üçün süni gölün yaradılması müvafiq qurumlarla razılaşdırılmayıb. "Vahid monitorinq sisteminin yaradılması üzrə vahid plan olmayıb, sianidlərin və digər ağır metalların təsirini minimuma endirilməsi, ətraf mühitdə qoxunun aradan qaldırılması üçün mühüm tədbirlər görülməyib. Gölün ətrafında lazımi maneə qurğuları qoyulmayıb", - Babayev qeyd edib.

O deyib ki, bu poliqonda vəziyyəti qiymətləndirmək üçün beynəlxalq şirkət cəlb edilib və iyul ayının sonunda fəaliyyətə başlayacaq. Eyni zamanda, əməliyyat şirkətinə yatağın istismarını müvəqqəti dayandırmaq təklif olunub. Ümumilikdə, Söyüdldə əməliyyat şirkəti lazımi tədbirlər görməyəcək, ola bilsin ki, şirkət sahiblərinin pay bölgüsü yenidən nəzərdən keçirilsin. Qeyd edək ki, Babayev ötən gün Azərbaycan prezidenti İlham Əliyev qızıl mədəni tərəfindən ətraf mühitin çirklənməsi fonunda hərəkətsizliyilə bağlı naziri tənqid edəndən sonra brifinq keçirib. Söyüdlü yatağı RV Investments Group Services LLC-nin mülkiyyətçisi, ABŞ vətəndaşı Reza Vəzirinin iştirakı ilə İngiltərədə qeydiyyata alınmış Anglo Asian Mining PLC tərəfindən istismar olunur. 1997-ci ildə Azərbaycan hökuməti RV Investments Group Services LLC ilə Söyüdlü də də daxil olmaqla, bir sıra filiz yataqlarının işlənməsinə hüquqların verilməsi barədə müqavilə imzalayıb. 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN