Bu gün, iyulun 21-də Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurası ilə videokonfrans (VKS) vasitəsilə operativ iclas keçirəcək.

Tezadlar.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.

Onun sözlərinə görə, Putin Murmanskdan gecə saatlarında qayıdıb və hazırda Kremldə işləyir.

Bir gün əvvəl prezident 2014-cü ildən bəri ilk dəfə Murmanskda olub və burada Arctic LNG 2 mayeləşdirilmiş təbii qaz (LNG) zavodunun birinci xəttini işə salıb. Ümumilikdə ildə ümumi gücü 19,8 milyon ton olan üç xəttin tikintisi planlaşdırılır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN