booked.net booked.net  

“Əgər o, Allah evini (Kəbəni) ziyarət edibsə, həccə gedibsə, xeyir-dua alıb, başqa heç nə.”

 ***

Özbəkistanın müftisi Nuriddin Xoliknazarov dində aşırılıqları tənqid edib.

TEZADLAR.AZ Özbəkistan KİV-nə istinadən xəbər verir ki, Özbəkistan Müsəlmanlar İdarəsinin sədri, Özbəkistanın müftisi Nuriddin Xoliknazarov dini geyim, davranış, həcc və digər məsələlərə toxunaraq, dində həddi aşmalara tənqid edib. İdarənin mətbuat xidməti onun çıxışının videosunu yayıb.

 

”İSLAM QADINLARIN ÜZLƏRİNİ TAMAMİLƏ ÖRTMƏSİNİ, QARA GEYİNMƏSİNİ TƏLƏB ETMİR ”

 

“Biz (dini) geyim geyinmək mədəniyyətini həddindən artıq aşırmışıq. Belə bir fikir formalaşıb ki, İslam müəyyən paltar geyinməyi və müəyyən görkəmi nəzərdə tutur. Peyğəmbərimizdən bizə qalan bir hökm var. İslamın konkret forması yoxdur, mümkün deyil, bir millətin dini deyil, bir iqlimin dini deyil”– Nuriddin Xaliknazarov qeyd edib.

O, Məhəmməd peyğəmbərdən sitat gətirib: “Həqiqətən, Allah sizin xarici görünüşünüzə və mal-dövlətinizə baxmaz”.

 “Müsəlman olduqdan sonra müəyyən forma geyinməlisən deyə bir şərt yoxdur. İslam bütün bəşəriyyətə göndərilib - ərəblərin öz geyimi, türklərin öz geyimi, İndoneziya və Malayziyada müsəlmanların öz geyimi, özbəklərin də öz geyimi var.

İslam geyim də daxil olmaqla, təvazökarlığı və ölçünü öyrədir. Ölçünü bilmək lazımdır - bütün dünyanda rüsvay edəcək utanmaz geyimə də, ərəb üslubunda qara, qapqara paltar geyinməyə də ehtiyac yoxdur. Bədənin örtülməsi nəzərdə tutulmayan hissələrini örtməyə ehtiyac yoxdur”, - deyə o qeyd edib.

 

“VALİDEYNLƏRƏ HÖRMƏT ETMƏK ONLARI KƏBƏYƏ APARIB AYAQLARINDAN ÖPMƏK DEYİL”

O, müsəlmanların saqqal saxlaması məsələsinə də toxunub. “Saqqal saxlamaq sünnətdir (müsəlmanlar üçün arzu olunan bir hərəkət). Bunu heç kim inkar etmir. Amma həm peyğəmbərimizin səhabələri, həm də təlim üləmalarımız bir çox göstərişlərində saqqalın bir kəbzədən (ovucun eni) çox olmamasını və qaydaya salınmasını tövsiyə ediblər”, - deyə müfti qeyd edib. 

Həmçinin ölkə müftisi dindarları İslam dininin digər məsələlərini də ağlabatan və düzgün şərh etməyə çağırıb.

“Bəziləri deyirlər ki, qızıl dişləri və ya dişlərində plomb olan insanların arxasında durub namaz qılmaq olmaz. Bununla bağlı sənəd haradadır, sübut haradadır? Bunu deməyə sənə kim haqqı verib?”, – deyə Müsəlmanlar İdarəsinin rəhbəri bildirib.

 

"HƏCCƏ GEDƏNƏ AZYAŞLININ AĞZINA TÜPÜRDÜRLƏR - KİM BU İXTİYARI SƏNƏ VERİB? "

“Son zamanlar həcc və ümrə məsələlərində də həddi aşmalar var. Həcc ziyarətinə gedən insanların həddən artıq şöhrətləndirilməsi də həddən artıqdır. Kilometrlərlə xalça düzmək, azyaşlı uşaqları gətirib ağızlarına tüpürmək və s. Siz bunu edə bilməzsiniz. Əgər o, Allah evini (Kəbəni - red.) ziyarət edibsə, həccə gedibsə, xeyir-dua alıb, başqa heç nə”, - deyib.

Müsəlmanlar İdarəsinin sədri qeyd edib ki, valideynlərə hörmətdə də həddindən artıqlıq var.

“Sosial şəbəkələrdə görürük ki, filan kişi anasının ayağını necə yuyur və bu suyu içir. Dinimiz bunu tələb etmir. Valideynlərə hörmət etmək onların ayaqlarını yuduğu suyu içmək demək deyil. Valideynlərə hörmət etmək onları Kəbəyə aparıb bütün dünyanın gözü qarşısında ayaqlarından öpmək demək deyil. Onlara kömək edin, ehtiyaclarını ödəyin, xeyir-dualarını alın. Qalanı artıqdır”, - deyə müfti bildirib.

 

JASMİN

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN