Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan G20 liderlərini Rusiyanın taxıl müqaviləsini bərpa etmək tələblərini yerinə yetirməyə çağırıb.

Bu barədə “Bloomberg” məlumat yayıb.

Nəşr qeyd edir ki, “Ərdoğan taxıl müqaviləsini canlandırmaq üçün Hindistan sammitində digər liderlərlə qapalı görüşlərdə addımlar atır”.

“Bloomberg”-in məlumatına görə, Türkiyə digər ölkələrdən Rusiyanın ərzaq və gübrə ixracatını Lloyd's-dan sığortalamağa kömək etməyi xahiş edir. Bundan əlavə, Ərdoğan G20 liderləri ilə Rusiyanın SWIFT (Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti) sisteminə yenidən qoşulması imkanlarını müzakirə edir.

Xatırladaq ki, G20 sammiti sentyabrın 9 və 10-da Hindistanın paytaxtı Nyu Dehlidə baş tutur. Rusiya prezidenti Vladimir Putinin adından Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov başçılıq edir.

Daha əvvəl bildirilmişdi ki, Birləşmiş Millətlər Təşkilatı taxıl sazişinin bərpası üçün Rusiyanın şərtləri ilə razılaşmağa hazır olduğunu bildirib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN