Müğənni Musa Musayev qonaq olduğu “7 tamam” axşam şousunda ailə həyatı ilə bağlı maraqlı açıqlama verib: “Təranə Qumralla evləndikdən sonra spirtli içkiyə qurşandım. Çox içki içirdim. Adım vardı, özüm isə yox idim. Bu pis vərdişdən məni Təranə Qumral xilas edib”.

P.S. Həə... Deməli, məsələ belə imiş. Bir vaxt Musa Musayev efirdən demişdi ki, “arvadımı yataqda başqa kişi ilə tutdum”. İndi başa düşdüm ki, sən demə, Musa bəy, dəhşətli dərəcədə içib və o vəziyyətdə  gecə evə gəlib. Bu zaman öz yerində yatan Təranə xanımı yataqda iki görüb və elə bilib ki, yanındakı kişidir. Səhər ayılanda isə, məlum olub ki, gözəl sənətkar, aydan arı, sudan duru Təranə xanıma şər atıb. Təranə xanım da görüb ki, içkili vəziyyətdə Musa hələ onu çox biabır edəcək, ona görə də ipi yığıb əlinə və Musa bəyə içkini tamam tərgitdirib. Qoy ərləri içən xanımlar Təranə xanımdan nümunə götürsünlər. İçkiyə görə ailəni dağıtmazlar.

***

TV-lərin birində yayımlanan “Qapqara” verilişində qonaq olan aparıcı və aktrisa Turanə Hüseynli ailə məsələlərindən danışarkən belə deyib: “Güvənimi qazanan şəxs qarşıma çıxmayıb. Hər dəfə inamımı puça çıxarıb. Münasibətdə olduğum şəxsin mənə xəyanət etdiyini ortaya çıxartmışam”.

P.S. Rəhmətliyin qızı, sənin inamın hər dəfə puça çıxsa, hər dəfə münasibətdə olduğun kişinin xəyanətini ortaya çıxartsan, onda sən heç vaxt ailə qura bilməzsən ki? Turanə xanım, yaxşı olar ki, bu sınaqları bir kənara qoy, kişiləri yumurta kimi dişinə vurub bir kənara atmağı tərgit. Yoxsa onların içindən qoz kimi bərk biri çıxar və dişini sındırar ki, kişilərlə qoz-qoz oynama. Onsuz da həyatda ideal insan yoxdur. Sən də qozla yumurtanın arasında olan birini seç, ailə qur və məsələ bununla da qurtarsın getsin də...

***

Ötən həftə Bakıda verdiyi konsert zamanı, aparıcı Hacı Nuran Tarkanla görüşə bilməyib deyə maraqlı bir yola əl atıb. O, Tarkanın şəklini fotoşopla montaj edərək, özü ilə bir yerdə həmin  şəkli yaradaraq paylaşıb.

P.S. Yazıq Tarkan! Can, can, hələ nə yaşı var ki, belə tez dünyasını dəyişsin? Görəsən, Tarkan Hacı Nurana neyləyib ki, aparıcı onun ölməsini istəyir?

 Sən Hacı Nurandakı inadkarlığa bax e, mən ölüm. Texnikanın köməyi ilə də olsa, Tarkan ilə bir yerdə şəklini düzəldərək, paylaşım edib. Axı hamı yaxşı bilir ki, son illər Hacı Nuranla şəkil çəkdirən bir çox məşhurlar, qısa zamandan sonra dünyalarını dəyişirlər. İndi maraqlıdır, Tarkanla şəkil çəkdirmədiyi halda, görəsən, bu Hacı Nuranın onunla şəklini montaj edib, paylaşmaqda məqsədi nədir? Aparıcı niyə Tarkanın həyatına son qoymaq istəyir, bax, onu bilmirəm.

***

Amerikanın məşhur erməni axçisi, seks ulduzu, min bir “əzab-əziyyətlə” qazandığı pulları Qarabağın erməni separatçılarına göndərən, amma Qarabağdan qaçıb getməklə separatçıların “əziyyətini” yerə vurduğu Kim Kardaşyanın bacısı Kortni ailə realiti-şousunda ailəsində hər kəsin kobud ərlərdən əziyyət çəkdiyini bildirərək, belə deyib: ““Pis kişilər”in evə daxil olmasına ailədə icazə verilib”.

P.S. Bəh, bəh, bəh! Bir bacı Kim Kardaşyan, porno-seks ulduzu, o biri bacı Kortni də “pis kişilər”in ailəsinə gəlməsinə icazə verir. Burada iki maraqlı məqam diqqəti çəkir. 1. Bu bacıların “pis kişilər”lə oturub-durması ABŞ demokratiyasının təntənəsidir, yoxsa tipik erməni xisləti? Tarixə nəzər salanda isə, bunun, yəni bu fahişəliyin tipik erməni xisləti olduğu görünür. 2. Mən başa düşə bilmirəm, müxtəlif kişiləri ailəyə buraxıb, babat pullar qazanan bu erməni bacıları niyə naşükürlük edib, onlara pul verən kişilərə “pis kişilər” deyirlər? Yenə tarixə nəzər salanda görünür ki, naşükürlük etmək, yəni yediyini itirmək, onlara çörək verənə xəyanət etmək də tipik erməni xislətidir.

Bir sözlə, Allah bu ermənilərin Qarabağda olduğu kimi, yer üzündən də kökünü kəssin.

***

Mətbuatdan məlum olur ki, son 4 ildə orta aylıq pensiya iki dəfə artıb.

P.S. Elə isə bəs niyə torpaqlarımızın azadlığı uğrunda canından keçməyə hazır olmuş, lakin Allahın möcüzəsi sayəsində sağ qalmış, “diri şəhidlər” olan Qarabağ veteranlarına verilən 80 manat təqaüd son dörd ildə bir manat da olsun artmayıb? Şəhid və qazilərdən fərqli olaraq, döyüş tapşırığını axıra qədər yerinə yetirərək, azad olunan ərazilərə bayrağımızı sancan veteranların şəhid və ya qazi olmaması məgər onların günahıdır? Diri “şəhidlər” olan veteranların, son dörd ildə 80 manat təqaüdünün bir manat belə artmaması, axı çox böyük ədalətsizlikdir.

***

ATƏT-in Parlament Assambleyasının sədri Pia Kauman Ermənistana səfəri zamanı Qarabağdan, öz xoşu ilə gedən erməniləri qaçqın adlandırıb.

P.S. Belə siyasətçinin və belə sədrin boynunu yerə soxum elə. Bədbəxt oğlu, bədbəxt, o boyda vəzifə tutur, amma hələ də qaçqının necə olduğunu bilmir. Öz maşınlarında rahat şəkildə, unitazlarını belə özləri ilə aparan ermənilərə qaçqın deyənin ağlında qaçqınlıq var. Hörmətli Pia müəllim, qaçqının necə olduğunu bilmək istəyirsənsə,  Bakıya gəl və şəraitsiz yataqxanalarda, xəstəxana “morq”unda 30 ildir “yaşayanların” halına bax, onda görərsən qaçqın necə olur. Ax, ax, ax, sənə o boyda vəzifə verənin...

***

Qəzetlərin birində işsizlikdən bəhs edən yazıya belə başlıq qoyulub: “Bölgələrdə iş yerlərinin açılması niyə yubanır?”

P.S. Rəhmətliyin oğlu, ay var, il var, qış var, nə tələsik iş var? Biz dözümlü xalqın nümayəndələriyik, indiyə qədər dözmüşük, bundan sonra da dözərik.

***

Ötən həftə İraq prezidenti Əbdüllətif Camal Rəşid Bakıdan sonra İrəvana səfər edib və orada qondarma genosid muzeyini ziyarət edib.

P.S. Mən hələ də normal bir ərəb dövləti görmədim ki, Azərbaycanın haqq səsini müdafiə etsin, torpaqlarımızın 30 il işğalda qaldığı dövrdə Ermənistanı qınasın. Əksinə, məscidlərdə donuz saxlayan, müsəlman qəbirlərini dağıdıb, yerlə bir edən işğalçı Ermənistana BƏƏ, Misir, Livan, Fələstin, İraq, Suriya bu 30 il dövründə qucaq açdılar və hərtərəfli dəstək verdilər.  İndi də İraq prezidenti Əbdüllətif müəllim Ermənistanda qondarma genosid muzeyində göz yaşı tökür. Bəs hanı Sizin müsəlman, İslam təəssübkeşliyiniz? Əməlləriniz göstərir ki, sizlər İslamdan və müsəlmançılıqdan çox uzaqsınız və sizlərə müsəlman demək günahdır.

***

Tanınmış jurnalist və siyasi şərhçi Azər Həsrət bir qəzetə verdiyi açıqlamada güzəştli və pulsuz təhsil verilən ingilisdilli kurslar barədə danışarkən belə deyib: “İngilisdillilər arasında ABŞ və Qərbin casus şəbəkəsi yetişdirilə bilər...

P.S. Hörmətli həmkarımız, Azər bəy, niyə də olmasın axı? Əgər Rusiyaya xidmət edən 5-ci kolon varsa, niyə ABŞ və Qərbə xidmət edən 6-cı kolon olmasın? Biz imkan verməli deyilik ki, balans bir tərəfin xeyrinə pozulsun. Bu yerdə Cəlil Məmmədquluzadənin felyetonunun birində yazdığı sözlər yerinə düşür: “Donosbazlıq və şeytançılıq vıstavkalarında qızıl medal alan əvvəl müsəlman qardaşlar olur”. İndi Azər bəy, imkan ver, donosbazlıq və şeytançılıqda bu milli müsəlman qardaşlar medallarını, mükafatlarını, pullarını qazansınlar dayna...

ELÇİN

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

elcin-mmmdli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN