booked.netbooked.net booked.net  

Tanınmış qəzəlxan Əliağa Vahidin Abşeron rayonunun Masazır qəsəbəsində qoyulmuş xatirə lövhəsi xoşagəlməz vəziyyətdədir. Belə ki, qəsəbədə şairin adını daşıyan parkla üzbəüzdəki bu xatirə lövhəsi baxımsız olmaqla yanaşı, həm də təhqir edilir.

Bu barədə Tezadlar.az-a qəsəbə sakinləri məlumat verib. Bildirilir ki, məşhur qəzəlxanın xatirə lövhəsi gözdən uzaq yerdə olmasa da, könüldən iraq düşüb: "Hər gün qarşısından minlərlə insanın, nəqliyyat vasitəsinin keçdiyi Əliağa Vahidin xatirə lövhəsi toz-torpaq içində, bərbad halada olması azmış kimi, bir də zibilxanaya çevirilib. Masazır bələdiyyəsinin iki addımlığındakı bu dəhşətli mənzərəyə göz yumması biabırçılıqdır. Görəsən, ədəbiyyat və musiqimizdə özünəməxsus, əvəzsiz rolu olan Ə.Vahidə bu nə sayğısızlıqdır? Yaxşı, deyək ki, Masazır bələdiyyəsi bu biabırçılığı görməzlikdən gəlir, bəs  Masazır icra nümayəndəliyi hara baxır?

Onu da qeyd edək ki, Ə.Vahidin xatirəsini əbədiləşdirmək məqsədilə doğulduğu Masazır kəndinin mərkəzi küçəsi, həmçinin kəndin mərkəzində onun adına salınan park və abidəsi də xatirə lövhəsi qədər bərbad haldadır. Bu dərəcədə biabırçılıq olmaz axı. Təklifimiz budur ki, ya Ə.Vahidin xatirə lövhəsi layiqli yerə daşınmalıdır, ya da ətrafı zir-zibildən təmizlənməli, dekorativ ağac və gül kolları ilə gözəlləşdirilməlidir.

elaga-vahid

Bütün Masazır sakinləri adından Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevdən xahiş edirik ki, aidiyyəti üzrə müvafiq tapşırıqlarını versin və bu biabırçılıq aradan qaldırılsın. Çünki hesab edirik ki, bu, təkcə şairə deyil, Azərbaycan ədəbiyyatına qarşı sayğısızlıq göstərməkdir".

P.S. Əliağa Vahid öz xalqını, vətənini, onun milli istiqlal mübarizəsini nə qədər dərindən sevirdisə, gəlin, biz də onu eyni böyük və sonsuz məhəbbətlə sevək, ruhuna sayğı göstərək.

P.P.S. Yazıda adı keçən qurumların mövqeyini dərc etməyə hazırıq.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 06 Fevral 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA