2022-ci ildə dünya üzrə cinayət və məişət zorakılığı nəticəsində ölənlərin sayı hərbi münaqişələr və terrorizm nəticəsində ölənlərin sayından təxminən 50% çoxdur.

Tezadlar.az bildirir ki, bu barədə BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin (UNODC) adam öldürmə səbəbləri ilə bağlı qlobal araşdırmasına istinadən xəbər verilir.

"Dünyada qadın və qızlara qarşı gender əsaslı zorakılıqdan, mütəşəkkil cinayətkarlıq və dəstə zorakılığından yoxsulluq və bərabərsizliyə qədər adam öldürmə ölümlərinə səbəb olan amillərin kompleks şəbəkəsi göstərir ki, hamıya uyğun yanaşma yoxdur. Ümid edirəm ki, bu yeni qlobal araşdırma bu zorakılığın əsas səbəblərini aradan qaldırmaq və insanların həyatını xilas etmək üçün sübuta əsaslanan qabaqlayıcı siyasət və cavab tədbirləri hazırlamağa kömək edəcək”, - deyə UNODC-nin icraçı direktoru Geda Fəthi Vali bildirib.

Tədqiqatda qeyd olunduğu kimi, 2019-2021-ci illərdə dünyada cinayət nəticəsində baş verən ölümlərin orta sayı hər il təxminən 440 min nəfər olub. Üstəlik, bu dövrdə hər il orta hesabla 94 min nəfər hərbi münaqişələr, 22 min nəfər isə terror nəticəsində həlak olub.

2022-ci ilin məlumatlarına görə, hərbi münaqişələr nəticəsində ölənlərin sayı 95% artıb. Bununla belə, onların sayı hələ də cinayət və məişət cinayətləri nəticəsində ölənlərin sayından iki dəfə az idi.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN