Bakının tıxaclarla yüklənməsinə bais olmalar barədə daha bir araşdırma yazı hazırlayırıq... Məlum olur ki, ölkəyə indiyədək gətirilmiş 1, 8 milyon ədəd avtomobilin 1,5 milyonu Bakı şəhərində istismar olunur... Gömrük Komitəsinə elektron sorğu göndərmişik, hələki cavab verməyiblər... Məsələ ondadır ki, aidiyyəti dövlət qurumları bu qədər avtomobili ölkəyə, ardınca da Bakıya dolduranda paytaxtın ümumi və avtomobillərin hərəkət edəcəyi küçələrin faydalı sahəsini müəyyənləşdirməli idi. Bakı göydələnlər və dükan- bazar sayəsində sancısı olan adam kimi içinə çəkilib. Və 1, 5 milyonluq avtomobilin idarəsi- hərəkəti üçün yetərli sahəyə malik deyil... Deməli, rəsmiyyət bu qədər köhnə- təzə avtomobili Bakıya gətirdəndə şərt qoymalı idi ki, məsələn, buraxılış ili 10 ildən çox olan avtomobillər paytaxtda istismar edilə bilməz, qeydiyyatı rayonlara olmalıdır və s.
 Apardığımız müşahidələr və rəsmi statistika da təsdiqləyir ki, Bakıda elə ailə var ki, 2-4 avtomobilə sahibdir. 5-10 min manata (kredit və ya nağd) pul verib köhnə avtomobili alıb sürürlər, bir neçə ildən sonra satıb yenisini alırlar və s. Yəni, Bakının yol tutumunu ölçüb- biçmədən bu qədər avtomobilin paytaxta doldurulması nəzarətsizliyin, məsuliyyətsizliyin və başıpozuqluğun ifadəsidir...
Araşdırma yazımızı təqdim edəcəyik...
A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN