AMEA Gəncə Bölməsinin İnformasiya Texnologiyaları şöbəsinin nəzdində fəaliyyət göstərən Elektron xidmətlər şöbəsinin müdiri Fərhad Mirzəyev

AMEA-nın Rəyasət Heyəti aparatının Elektron Akademiya şöbəsinin təşəbbüsü ilə “4Sİ Akademiyası” layihəsi çərçivəsində keçirilən təlimlərdə iştirak edib. AMEA-dan "Təzadlar"a verilən məlumata görə, “4Sİ Akademiyası” layihəsi AR İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin, Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin ABŞ-ın “Coursera” şirkəti ilə birgə əməkdaşlığı çərçivəsində keçirilir. Layihənin məqsədi müxtəlif ölkələrdə dördüncü sənaye inqilabı texnologiyaları sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi və əmək bazarında bu sahə üzrə ixtisaslı kadrların hazırlanmasına dəstək olmaqdır.

Fərhad Mirzəyev “DeepLearning.AI” şirkətinin “AI for Everyone”, Con Hopkins Universitetinin “HTML, CSS, and javascript for Web Developers”, Miçiqan Universitetinin “Introduction to HTML5”, Kaliforniya Universitetinin “Grammar and Punctuation” və “Coaching Practices”, “IBM” şirkətinin “What is Data Science?”, “Microsoft” şirkətinin “Computer Vision in Microsoft Azure”, “Google” şirkətinin “Introduction to Generative AI” və “Foundations: Data, Data, Everywhere”, Vanderbilt Universitetinin “Prompt Engineering for ChatGPT”, Qualcomm Akademiyasının “5G for Everyone”, “Deep Teaching Solutions” şirkətinin “Learning How to Learn: Powerful mental tools to help you master tough subjects”, eləcə də Virciniya Universitetinin “Design Thinking for Innovation”, Boulder Kolorado Universitetinin “Successful Presentation” kurslarını müvəffəqiyyətlə başa vurduğuna görə “Coursera” platforması tərəfindən ümumilikdə 47 sertifikatla təltif olunub.

Qeyd edək ki, “Coursera” 100 milyondan çox insanın təhsil aldığı, 7000-dən çox kursun tədris olunduğu onlayn təhsil platformasıdır. Proqram çərçivəsində tədris dili ingilis dilində olmaqla 4Sİ texnologiyaları, o cümlədən süni intellekt, maşın öyrənməsi, böyük verilənlər (Big Data), data analitika, blokçeyn və bulud texnologiyaları, proqramlaşdırma dilləri, eləcə də liderlik, kommunikasiya kimi bacarıqlar da daxil olmaqla ümumilikdə 89 ixtisaslaşdırılmış alt kateqoriyanı əhatə edən 800-ə yaxın kursdan yararlanmaq mümkündür.

Xatırladaq ki, Fərhad Mirzəyev 2014-2018-ci illərdə AR Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun dəstəyi ilə Qərb bölgəsində fəaliyyət göstərən elmi tədqiqatçılar üçün AMEA Gəncə Bölməsində təşkil olunmuş Distant Tədris Mərkəzinin rəhbəri olub.

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN