Kolumbiya Universitetinin (ABŞ) kimyaçılarının araşdırmasına görə, plastik butulkalardakı suyun tərkibində əvvəllər güman edildiyindən 100 dəfə çox nanoplastik hissəciklər ola bilər, onların insan sağlamlığı üçün təhlükəsi “tarixən lazımi səviyyədə  qiymətləndirilməyib”.

TEZADLAR.AZ  “Bloomberg”ə istinadən xəbər verir ki, “Proceedings of the National Academy of Sciences” elmi jurnalında dərc olunan araşdırmaya əsasən, 1 litrlik butulka suda orta hesabla 240 minə yaxın plastik hissəcik ola bilər.

Bu tədqiqat nanoplastiklərin - uzunluğu 1 mikrometrdən az olan və ya insan saçının qalınlığının 1/70-dən az olan plastik hissəciklərin varlığını qiymətləndirən ilk təcrübə oldu.

Nəticələr göstərdi ki, qablaşdırılmış suda əvvəllər guman edildiyindən 100 dəfə çox plastik hissəciklər ola bilər, çünki əvvəlki tədqiqatlarda yalnız mikroplastiklər və ya ölçüləri 1 ilə 5000 mikron arasında dəyişən plastik parçalar nəzərə alınıb.

Bloomberg qeyd edir ki, nanoplastikalar insan sağlamlığı üçün mikroplastiklərdən daha böyük təhlükə yaradır. Hissəciklər insan hüceyrələrinə nüfuz etmək, qan dövranına daxil olmaq və orqanlara təsir etmək üçün kifayət qədər kiçikdir. Onlar, həmçinin plasentadan dölün bədəninə keçə bilərlər.

Agentlik yazır ki, alimlər qablaşdırılmış suda nanoplastikanın mövcudluğundan çoxdan şübhələnirdilər, lakin onların fərdi nanohissəcikləri müəyyən etmək üçün texnologiyası yox idi. Tədqiqatın müəllifləri yeni mikroskopiya metodu icad etdilər və geniş məlumat massivinə əsaslanan alqoritmdən istifadə etdilər.

Analiz üçün ABŞ-da üç məşhur brenddən alınmış 25 litrlik butulka su istifadə edilib.

 Hər litrdə 110 mindən 370 minə qədər kiçik plastik hissəciklər tapdılar ki, bunların da 90%-i nanoplastikalardır.

Tədqiqatçılar yeddi ümumi plastik növünə, o cümlədən bir çox su butulkalarının hazırlandığı polietilen tereftalat (PET) və suyu butulkaya qablaşdırmazdan əvvəl təmizləmək üçün filtrlərdə tez-tez istifadə olunan poliamidə baxıblar. Bir çox naməlum nanohissəciklər də aşkar edilmişdir.

“Əvvəllər bu, xəritədə göstərilməyən sadəcə qaranlıq bir ərazi idi. Toksiklik tədqiqatları yalnız orada nə olduğunu təxmin bilərdi. Bu, bizə əvvəllər naməlum olan dünyaya baxa biləcəyimiz bir pəncərə açır”, - deyə Kolumbiya Universitetinin  kimyaçı-ekoloqu, tədqiqatın həmmüəllifi Beyjan Yan bildirib.

 Qeyd edək ki, elm adamları nanoplastikaların sonsuzluğa, döldə qüsurlara, xərçəngə, iltihaba və hətta son illər geniş yayılmış Parkinson xəstəliyinə səbəb olduğunu da bildirirlər.

Hər halda, sağlamlığımızı düşünmək özümüzdən - seçimlərimizdən asılıdır.

 Y.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN