Azərbaycanın Əməkdar hüquqşünası, Rusiya Elmlər Akademiyasının akademiki, hüquq elmləri doktoru, professor İlham Rəhimov
Rusiya Elmlər Akademiyasının 300 illiyinə həsr olunmuş yubiley mükafatına layiq görülüb. Bu barədə Rusiya Elmlər Akademiyasının prezidenti akademik Q.Y.Krasnikov müvafiq sərəncam imzalamışdır.
Tezadlar.az xatırladır ki, sözügedən mükafatı professor İlham Rəhimova Bakıdakı ofisində Rusiya Elmlər Akademiyasının vitse-prezidenti, akademik, Rusiya Hökuməti yanında Qanunvericilik və Müqayisəli Hüquq İnstitutunun direktoru, Rusiyanın Əməkdar hüquqşünası Taliya Yarullovna Xabriyeva təqdim edib.
"Təzadlar"ın çoxminli oxucuları adından hörmətli Professor İlham Rəhimovu ürəkdən təbrik edir, ona daha böyük nailiyyətlər arzulayırıq.
A.Məmmədli