Artıq bir müddətdir ki, Azərbaycanla Gürcüstan arasında quru sərhədi bağlıdır...
Tezadlar.az bildirir ki, "Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki vaxtlarda bir çox hallar müşahidə olunub. Onların bəziləri ictimaiyyətə açıqlanıb, bəziləri isə açıqlanmayıb",- deyən Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışında bu barədə danışıb. Prezident əlavə olaraq deyib ki, Azərbaycan kənardan gələn ciddi təhdidlər və problemlərlə üzləşib: “Biz kənardan gələn ciddi təhdidlər və problemlərlə üzləşmişdik. Bizim bütün potensial risklərimizin kənardan gəldiyini söylədikdə mən bunu nəzərdə tuturdum”.
Qeyd edək ki, İ. Əliyev quru sərhədlərin nə vaxt açılacağı ilə bağlı məsələyə isə hələki münasibət bildirməyib. Gürcüstanda yaşayan yüz minlərlə azərbaycanlılar isə Azərbaycanda yaşayan qohumları ilə əlaqələrdə quru sərhədinin açılmasının böyük rolunun olacağını düşünürlər...
A.Məmmədli