Ötən gün Rusiya Prezidenti Vladimir Putin yeni nazirləri və baş nazirin müavinlərini təyin edib.

Tezadlar.az "Ria Novosti"yə istinadla bildirir ki, dövlət başçısının müvafiq sərəncamları artıq dərc olunub. Yeni təyinatlar arasında müdafiə nazirinin Andrey Belousov təyin olunması diqqət çəkib. Qeyd edək ki, 65 yaşlı Belousov müxtəlif vaxtlarda dövlət başçısı Vladimir Putinin iqtisadi məsələlər üzrə köməkçisi, Rusiya Federasiyasının iqtisadi inkişaf naziri, Rusiya Federasiyası Hökumətinin İqtisadiyyat və Maliyyə Departamentinin direktoru, Makroiqtisadi Təhlil və Qısamüddətli Proqnozlaşdırma Mərkəzinin baş direktoru işləyib. 2020-ci il aprelin 30-dan mayın 19-dək Mişustinin koronavirus infeksiyası ilə xəstəxanaya yerləşdirilməsi zamanı Belousov Nazirlər Kabinetinin rəhbəri vəzifəsini icra edib.

Rusiya hökuməti ilk dəfə olaraq 2020-ci ildə konstitusiyaya edilən dəyişikliklə nəzərdə tutulan yeni prosedura əsasən formalaşıb. Bütün namizədlər parlamentdə nəzərdən keçirilib və təsdiq edilib.

Ümumilikdə hökumətin tərkibinə baş nazir, onun 10 müavini və 21 nazir daxildir. Nazirliklərin sayı və adı əvvəlki tərkiblə müqayisədə dəyişməyib. Beş nazir birbaşa prezidentə hesabat verir: Bunlar daxili işlər, xarici işlər, müdafiə, fövqəladə hallar və ədliyyə nazirliklərinin rəhbərləridir.

Qeyd edək ki, mayın 10-da Vladimir Putin Mixail Mişustini hökumətin sədri təyin edib. Baş nazir artıq prezidentə federal icra orqanlarının strukturu ilə bağlı təkliflər təqdim edib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN