"“Meliorasiya və Su Təsərrüfatı" ASC-nin gördüyü işlər o dərəcədə də ürəkaçan deyil”.

Apa-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin 2021-ci il payız sessiyasının qanunvericilik işləri planının müzakirəsi zamanı deputat Jalə Əliyeva deyib.

Deputat ölkədə su sahəsində problemlərlə bağlı dinləmələrin keçirilməsini təklif edib: “Ölkədə bir çox yerlərdə kollektorlar təmizlənmir. Bu isə şoranlaşmaya səbəb olur. Aidiyyəti qurumların rəhbərlərinin Milli Məclisə dəvət edilməsi və dinləmə keçirilməsi vacibdir”.

***

Qeyd edək ki, Meliorasiya və su təsərrüfatı sahəsində idarəetməni təkmilləşdirmək, su ehtiyatlarından istifadənin səmərəliliyini artırmaq, torpaqların meliorasiyası və irriqasiyası ilə bağlı işlərin təşkilini yaxşılaşdırmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin “Meliorasiya və Su Təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” 23 fevral 2006-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin əsasında Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti yaradılıb.

Respublikada su ehtiyatlarının idarə olunması, istifadəsi və mühafizəsi digər aidiyyatı dövlət orqanları ilə qarşılıqlı şəkildə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilir.    

Hazırda Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılovdur.   Zakir Rauf oğlu 1974-cü ildə Şamaxı şəhərində anadan olub. 1999-cu ildə Türkiyə Cümhuriyyətinin Boğaziçi Universitetinin Biznesin İdarə olunması fakultəsini bitirib. 1999-2009-cu illərdə Telekommunikasiya sahəsində Mobil operatorlarda Marketinq meneceri, Baş kommersiya müdiri, Baş direktor müavini kimi bir sıra vəzifələrdə çalışıb. 2009-2016-cı illərdə Paşa İnşaat şirkətində Obyektlərin İstismarı, Biznes Mərkəzinin baş meneceri, Daşınmaz Əmlakın idarə olunması departamentində Baş menecer vəzifələrində işləyib. 2016-2018-ci illərdə Agro Dairy MMC-də Baş Menecer vəzifəsində çalışıb. 2018-2021-ci illərdə Azərbaycan Supermarketləri MMC-də İcraçı direktor vəzifəsində çalışıb.

Xatırladaq ki, Zakir Mikayılov bu vəzifəyə çox yeni - 2021-ci ildə təyin edilib.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN