Azərbaycanın və Rusiyanın Əməkdar rəssamı Əsgər Məmmədovun Rusiya paytaxtında - Moskvanın Rəssamlar Qalereyasında “Nar Dastanı” adlı sərgisi açılıb.
Sərginin açılşında Rusiya və Azərbaycan incəsənət və ictimaiyyət nümayəndələri, o cümlədən Qalereyanın direktoru Lyudmila Titova, Azərbaycan Mədəniyyətinin İnkişaf Fondunun nümayəndəsi Elşən İbrahimov, şair və tərcüməçi Sultan Mərzili, Rusiya Elmlər Akademiyasının Psixologiya İnstitutunun əməkdaşı Bayan Uzıxanova iştirak ediblər. Sərgidə rəssamın 40-dan çox natürmort, portret, mənzərə, qrafika əsərləri nümayiş etdirilir.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə redaksiyamıza rassam Əsgər Məmmədov özü məlumat verib və aşağıda təqdim etdiyimiz videokadrları göndərib.
Rəssam qeyd edib ki, sərgi dekabrın 20-dək davam edəcək.
Qeyd edək ki, geniş yazı oxuculara təqdim ediləcək.
JASMİN