Tanınmış QHT rəhbəri, əmək hüquqları üzrə ekspert Sahib Məmmədov maraqlı məsələyə toxunub... S.Məmmədov özünün fb səhifəsində yazır:
- ...Bir neçə gün əvvəl bir xanım zəng edib hansısa onlayn qəzetdən olduğunu dedi... Xahiş etdi ki, sualına cavab verim. Sual əvəzinə şərhə başladı və mənə danışdı ki, bəs Həmkarlar İttifaqları Konfederasiyası işçiləri üzv olmağa məcbur edir. İşçilərin də hüquqların qorumur. Sözünü saxlayıb ona həmkarlar ittifaqının strukturunu izah etdim. Müəssisə, sahə prinsiplərini başa salmağa cəhd etdim. İzah etdim ki, konfederasiya federasiyaların birliyidir. İkincisi də heç kəsi həmkarlarda üzv olmağa məcbur etmək olmaz. Kim istəmir ərizə yazıb çıxa bilir... Gördüm xanımın məqsədi başqadır. Konfederasiya deyib durub. Deyir ki, işçilər şikayət edir ki, onlara həmkarlar ittifaqı yardm vermir. Yenə izah elədim ki, həmkarlar qarşılıqlı yardım kassası deyil. Onun funksiyaları başqadır. Funksiyaları da izah elədim. İndi görürəm xeyli "reket qəzet"də xanım öz bildiyini yazıb. Axırda da qeyd edib ki, guya mən demişəm ki, konfederasiyada şəffaflıq yoxdur. Halbuki mən ümumiyyətlə, şəffaflıqdan danışmamışam. Demişəm ki, ola bilər ilk təşkilatlarda hansısa nqeqativ hallar olar. 
 Mən adətən jurnalistlərə yox cavabı vermirəm. Amma özümün qara siyahım var. Sadəcə, unuduram adlarını. Bir də yeni bir üsul öyrəniblər. Başqa onlayn qəzetin adını çəkirlər yazını isə bir başqa qəzetdə verirlər. 
*** 
Bəli, təəssüf ki, bəzən jurnalistlər müsahibinin söylədiyini kənara atıb deyilənləri deyil, deyilməyənləri yazırlar. Bu isə anlaşılmazlığa və narazılığa gətirib çıxarır...
A.Məmmədli
Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN