...Başa düşürəm, insanların qayğıları çoxdur, başdan aşır. Bir yandan işğaldan azad edilmiş ərazilərin bərpası, ora qayıdış, digər tərəfdən viruslanma bəlası... Bitib-tükənmir. Amma insanları təkcə virus öldürmür, həm də unudulmaq öldürür!
***
Yaşasaydı 72 yaşı olacaqdı... Tofiq Behbud oğlu Babayev 1949-cu il iyunun 9-da Ağdam rayonunda anadan olmuşdur. 1956-1966-cı illərdə Ağdam şəhəri 1 saylı orta məktəbdə oxumuşdur. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Fizika fakültəsini bitirmişdir. 1972-1974-cü illərdə leytenant hərbi rütbəsində Naxçıvan və Dağlıq Qarabağda yerləşən hərbi hissələrdə xidmət keçmişdir. 1974-1976-cı illər ərzində Ağdam şəhər 50 saylı tam orta texniki peşə məktəbində fizika müəllimi, 1976-1979-cu illərdə isə Ağdam rayon Komsomol Komitəsində II katib və rayon Partiya Komitəsində təlimatçı vəzifələrində çalışmışdır.
1979-cu ildə Azərbaycan Təhlükəsizlik orqanlarına qəbul olunub. Dağlıq Qarabağda baş əməliyyat müvəkkili, Ağdam, Quba, Yevlax, Gəncə şəhər şöbələrinin və Qarabağ üzrə idarənin rəisi vəzifəsində çalışıb. General-mayor Tofiq Babayev 2000-2005-ci illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirinin müavini vəzifəsində çalışmışdır. 2005-ci ildə öz xahişilə vəzifəsindən azad edilib.
Azərbaycan bayrağı" ordeni, "Hərbi xidmətlərə görə", "Vətən uğrunda" medalları və Azərbaycan Respublikası Prezidentinin "Fəxri Fərmanına" layiq gorülüb. Qarabağ üzrə idarənin rəisi olarkən (Ağdam-1992) Xocalı soyqırımına etiraz əlaməti olaraq polkovnik rütbəsindən imtina etmişdir.
General 9 sentyabr 2012-ci ildə müalicə üçün getdiyi İstanbulda hospitalların birində vəfat etmişdir.
Demirəm ki, Tofiq Babayev unudulub və ya unudulur. Deyirəm ki, gəlin Azərbaycan dövlətinin bu günə gəlib çatmasında xidməti olmuşları unutmayaq...
Allah sizə də indidən rəhmət eləsin, dirilər! Çünki rəhməti indidən qazanmaq şansınızı bəzən əldən verirsiniz...
Ruhun şad olsun, cənab genera!!! Siz Qarabağın səmasında yenə varsınız... Ən azı, bilənlər bilir, bilməyənlər bilməyindədir...
Asif Mərzili
Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN