Həbs qətimkan tədbirinin seçilməsində müstəntiqin verdiyi vəsatət və prokurorun təqdimatını tələsik təsdiq edən hakimləri olan ölkədə, ədalət gözləmək mümkün deyil!!!

Bu fikirləri  tanınmış vəkil Ramil Rüstəmov sosial şəbəkə hesabında qeyd edib.

 “Dəfələrlə təqdimata baxan hakimə demişəm ki, heç olmasa, cinayət işinin materiallarını götürün, vərəqləyin!!!! Avropa İnsan Hüquqları Konvensiyasının 5 -ci, CPM- in 28-ci, 46 - cı maddələrində və Ali Məhkəmənin Plenumunun 30 mart 2006 – cı il və 3 noyabr 2009 -cu il tarixli qərarlarında qeyd edilir ki, şəxsə qarşı cinayət işinin başlanması və həbs qətimkan tətbiq edilməsi üçün mötəbər sübutlar olmalıdır!”, - deyə Ramil Rüstəmov bildirib.

Vəkilin sözlərinə görə, öncə ölkədə məhkəmə sistemi prokurorluğun əsarətindən qurtarılmalıdır:

“Ədalətin bərpa olunmasına ümid qalmayıb! Hər gün mənəvi əzab çəkirəm”, -deyə vəkil təəssüflənib.

 

TƏQDİM ETD: Y. MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN