booked.netbooked.net booked.net  

Aparıcı Kamran Həsənli deputatları sərt tənqid edib.

Bu barədə video paylaşan K.Həsənli onların parlamentdə susmalarına, dünyada baş verənlərə reaksiyasız qalmalarına, Ukraynaya yetərincə dəstək olmadıqlarına qəzəblənib: “Ay deputatlar, siz nə vaxt deputat, millət vəkili olacaqsınız?! Niyə danışmırsınız? Niyə susursunuz?! Dünya dağılır, müharibə gedir siz nə vaxt danışacaqsınız? Kənardan tökülən qanları, ölən körpələri, qadınları görmürsünüz?!

Deputatın işi məhz danışmaqdır. Amma sizin işiniz Parlamentdə əl qaldırmaq və düymə basmaqdan ibarətdir. 125 deputatdan 5-i savadlı olar ya yox... Qalan hamısı nəinki qanun yaza, adi məqalə belə yaza bilmir. Bəs siz nə işlə məşğulsunuz?

Ukraynada əhali, deputatlar, aktyorlar, hər kəs əlinə silah alıb vuruşur, siz isə baxıb susursunuz? Axı bizim 44 günlük Vətən Müharibəmizdə nə qədər ukraynalı deputatlar, xalq tərəfimizdə, arxamızda idi.
Heyf sizdən... Heyf oturduğunuz o bahalı binadan, mindiyiniz bahalı maşınlardan, geyimlərdən...

Heyf olsun, yaxanıza taxdığınız o bayrağa ki, sizin yaxanızdadır... Ayıb olsun!”.

E.ŞİRİNOV

Pin It

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN