Rusiyanın Ukraynaya qarşı elan etdiyi müharibə milyonlarla mülki insanları ölkədən didərgin salıb...

Belə bir vaxtda Azərbaycan Prezidentinin tapşırığına əsasən Ukraynaya humanitar yardım əli ölkəmizdən edilməkdədir. Artıq ötən həftə belə bir yardım göndərilib. Bu gün isə Azərbaycandan Ukraynaya növbəti dəfə humanitar yardım göndəriləcək. Xatırladaq ki, humanitar yardım əsasən qida məhsullarından, dərman və tibbi ləvazimatdan ibarətdir. Ümumi kütləsi 380 ton olan yardımı Kiyevə “Silkway”in yük təyyarəsi ilə çatdırılacaq. Təyyarə Bakı vaxtı ilə saat 09.00-da havaya qalxacaq. Yükü yola salmağa gələn Ukrayna səfiri Vladislav Kanevski Azərbaycan Prezidentinə və xalqına təşəkkür edib. Diplomat bildirib ki, Azərbaycan hökuməti növbəti dəfə Ukrayna xalqına humanitar yardım göndərir.
Dünyanın əksər ölkələrindən də Ukraynaya humanitar, o cümlədən hərbi təyinatlı yardım göstərilməkdədir.
A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN