TEHRAN MERİ PREZİDENT SEÇKİLƏRİNDƏN GERİ ÇƏKİLDİ
Tehran meri Əlirza Zəkani mühafizəkarlar qanadından daha iki namizədin - parlamentin spikeri Məhəmməd Bağır Qalibafın və respublikanın Təhlükəsizlik Şurasındakı ruhani liderinin nümayəndəsi Səid Cəlilinin xeyrinə İran prezident seçkilərində namizədliyini geri götürüb.