Rusiya Boliviyada hərbi çevrilişə cəhdi qətiyyətlə pisləyir.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Biz 26 iyun Boliviyanın Çoxmillətli Dövlətində hərbi çevriliş cəhdini qətiyyətlə pisləyirik”, - nazirlik vurğulayıb.

“Biz Boliviya və digər dövlətlərin daxili işlərinə bir sıra ölkələr və xalqlar, o cümlədən Latın Amerikası regionu üçün dəfələrlə faciəvi nəticələrə gətirib çıxaran dağıdıcı xarici müdaxilə cəhdlərinə qarşı xəbərdarlıq edirik”, - XİN qeyd edib.

“Biz prezident Luis Arce hökumətinə tam və sarsılmaz dəstəyimizi bildiririk, vəziyyətin konstitusiya çərçivəsindən kənara çıxmasını qəbuledilməz hesab edirik”, - deyə bəyanatda vurğulanır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN