SƏBAİLDƏ "UŞAQ HÜQUQLARI AYLIĞI" ÇƏRÇİVƏSİNDƏ TƏDBİR KEÇİRİLİB
Noyabrın 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Səbail Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçığı ilə 2 nömrəli Texniki-humanitar elmlər liseyində “Uşaq Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib.