Noyabrın 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Səbail Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçığı ilə 2 nömrəli Texniki-humanitar elmlər liseyində “Uşaq Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib.

Komitədən Tezadlar.az-a verilən məlumata görə, tədbirdə Səbail RİH başçısının müavini Kəmalə Həşimova, Səbail RİH-in məsul əməkdaşı Şahin Talıbov, DQİDK-nın Bakı regional bölməsinin əməkdaşları Nuru İmanov və  Elşən Quluzadə, liseyin direktoru Turanə Məcidli, liseyin müəllim və şagirdləri iştirak ediblər.

Çıxışlarda "Uşaq Hüquqları Aylığı"nın məqsəd və əhəmiyyəti, milli qanunverilicik və beynəlxalq sənədlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, uşaq hüquqlarının qorunması və təşviqi sahəsində ölkəmizdə bir sıra tədbirlər həyata keçirilir, iqtisadi, sosial, mədəni, hüquqi və digər sahələrdə mühüm islahatlar aparılır.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN