XARİCDƏ QANUNSUZ SİLAHLI BİRLƏŞMƏLƏRDƏ FƏALİYYƏT GÖSTƏRMİŞ ŞƏXS HƏBS EDİLDİ
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən beynəlxalq terrorçuluqla mübarizə istiqamətində həyata keçirilən kompleks əməliyyat-istintaq tədbirləri çərçivəsində daha əvvəl silahlı terror təşkilatının Türkiyə Respublikası ərazisində fəaliyyət göstərən birliklərinə üzv olma şübhəsi ilə Türkiyə ərazisində saxta pasportla Özbəkistan vətəndaşı İlyorjon İsanov kimi saxlanılaraq həbs edilmiş, lakin təqsiri sübuta yetirilmədiyi üçün azad edilmiş 1977-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı Osmanov Akif Aydın oğlunun dini düşmənçilik zəminində ölkə hüdudlarından kənarda terror aktlarının törədildiyi silahlı münaqişələrdə iştirakına əsaslı şübhələr müəyyən olunub.