GƏNCƏNİN BOMBALANMASINDAN ZƏRƏRÇƏKƏNLƏRƏ HƏLƏ Kİ VƏD VERİLİR
Gəncə şəhər sakini Nərminə Şahnəzərova redaksiyamıza müraciət edib. N.Şahnəzərova yazır ki, Vətən müharibəsi dövründə ermənilər tərəfindən Gəncə şəhərinin bombalandığı zaman qayınanasının evi dağılıb: “Ailəmizin üç üzvü - qaynım, onun həyat yoldaşı və uşağı şəhid oldu. İki ilə yaxındır ki, kirayədə yaşayırıq. Nə kirayə ödənişi ala bilirik, nə də ev tikilir ki, yaşayaq”.