"Ədliyyə Nazirliyi ildən ilə kommunikasiya sahəsindəki siyasətini daha da dərinləşdirir. Bu, məlumatın ötürülməsi və qavranılması işində başlıca rol oynayan amillərdən biridir".

Tezadlar.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyi, Medianın İnkişafı Agentliyi və Azərbaycan Respublikası Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının birgə təşkilatçılığı ilə media nümayəndələri üçün “Ədliyyə orqanlarında və məhkəmələrdə kommunikasiya siyasəti” mövzusunda keçirilən birgə təlimlərin açılışında Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova deyib.

Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli təlimin başlıca hədəfinin ədliyyə orqanları ilə medianın münasibətlərinin daha da şəffaflaşdırılması işinə xidmət olduğunu bildirib. Bu münasibətlərin ölkəmizin beynəlxalq imici üçün müstəsna əhəmiyyətinin olduğunu vurğulayan N.Məmmədli jurnalistlərin kommunikasiyaya qoşulmasının cəmiyyətin daha çox məlumatlandırılması baxımından önəmli olduğunu diqqətə çatdırıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN