Ukrayna - Rusiya müharibəsi ilə bağlı yeni proqnoz verilib

Pin It

Abşeron Rayon İcra Hakimiyyətində Aprel döyüşlərində şəhidlik zirvəsinə yüksələn igidlərimizin ailələri ilə görüş keçirilib.

Pin It

Tanınmış vəkil Əlizadə Kazımov vəfat edib

Vəkillər Kollegiyasına ağır itki üz vermişdir. Tanınmış hüquqşünas, 30 ilə yaxın müddətdə Hüquq-Mühafizə orqanlarında yol- nəqliyyat hadisələri üzrə müstəntiq işləmiş, 2007- ci ildən Vəkillər Kollegiyasının üzvü olaraq vəkil kimi fəaliyyət göstərən Əlizadə Kazımov 73 yaşında vəfat etmişdir. Qəzetimizin yaxın dostu olmuş Əlizadə Kazımov olduqca vicdanlı, qərəzsiz, müdafiə etdiyi şəxsin mənafeyini heç nəyə dəyişməyən, obyektiv, tələbkar və vəkillik adına şərəf gətirən bir insan idi. Məhz bu keyfiyyətlərinin sayəsində15 iilik vəkillik fəaliyyəti dövründə 50-dən yuxarı bəraət hökmünün çıxarılmasına nail olmuşdur ki, bu da çox az sayda vəkilin qazana biləcəyi uğurdur.

Dəfələrlə söhbətimiz zamanı qanunsuzluğa yol verən hakimlər və prokurorlar haqqında ürək ağrısı ilə danışardı. Ancaq vicdanının səsi ilə işləyən Əlizadə Kazımov, demək olar bir vəkillik etalonu idi.  Onun vəkillik etdiyi məhkəmə işlərində jurnalist kimi çox iştitak etmişəm. Ə.Kazimovun bu məhkəmələrdə hakimlərlə, sozün birbaşa mənasında, döyüşdüyünün şahidi olmuşam.  Haqsızlığa qaşı çox barışmaz idi. Hər bir müdafiə etdiyi şəxsi öz doğması bilirdi. Deyirdi “insanın günahsızlığına tam əmin olmasam onun müdafiə işini qəbul etmərəm”.  Axırıncı dəfə Bakı Ağır Cinayətlər Məhkəməsində yol qəzasında təqsirli bilinən 61 yaşlı Fəxrəddin Əhmədovun günahsız yerə barmaqlıqlar arasında olmasına qarşı hakimlərə necə üsyan etdiyini hələ də unuda bimirəm. Hakim İradə Həsənzadənin dəfələrlə “oturun aşağı “ tələbinə əhəmiyyət belə vermədən, istintaq dövründə müstəntiqin, məhkəmənin gedişində isə hakimin buraxdığı hüquq pozuntularını maddə-maddə sadalayırdı.

Dəfələrlə söhbətimiz zamanı deyirdi:” Elçin müllim qəsdən, nəyinsə hesabına hüquq pozuntularına yol verən belə hakimlər Preziden İlham Əliyevin apardığı “Məhkəmələr haqqında” islahatlara kölgə salırlar”. Ona görə də bir neçə dəfə belə hakimlər haqqında qəzetimiz vasitəsi ilə prezidentə rəsmi müraciət etmişdi. Bəli belə bacarıqlı, vicdanlı bir vıkili, vəfalı dostumuzu itirdik. Ə. Kazımov peşəkar hüquşünas, bacarıqlı vəkil, sadiq dost kimi həmişə qəlbimizdə yaşayacaq.

Əlizadə Kazımovun vəfatı ilə əlaqədar  “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili və kollektivi oğlu Ağamir Kazımova və bütün ailəsinə dərin hüznlə kədərləndiyini bildirir və dərin hüznlə başsağlığı  verir.  Allah rəhmət eəsin, yeri cənnətlik olsun! 

Ruhuna sayğı və etiramla:

dostu Elçin MƏMMƏDLİ 

Pin It

Ağsu şəhəri, Qaçaq Nəbi küçəsi-5 ünvanında yaşayan Cəfərova Nüşabə Əlisa qızı ümidini məhkəmələrə bağlamışdı, indi məhkəmələr onun yolunu bağlayıb...

Pin It

Bərdə şəhərinin Vətən müharibəsi şəhidi Nadirov Rəşad Nadim oğlunun adına bulaq kompleksinin açılışı olub.

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN